Sumqayıtda tonqal partlayışı ilə bağlı deputat Səbinə Salmanova açıqlama verib

 

Sumqayıt şəhərinin 7, 8 və 12-ci məhəllələrinin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən partlayışla bağlı Milli Məclisin deputatı Səbinə Salmanova açıqlama verib.

Sumqayit.tv xəbər verir ki, deputat bildirib ki, hadisə barədə məlumat alan kimi aidiyyəti qurumlarla əlaqə saxlanılıb və məsələ nəzarətə götürülüb. Verilən məlumata əsasən, zərərçəkənlərə vaxtında və zəruri tibbi yardım göstərilib, onlardan 9 nəfəri ambulator müalicə üçün evə buraxılıb.

Hazırda müalicəsi davam edən şəxslərdən biri Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasında saxlanılır. 2013-cü il təvəllüdlü azyaşlının vəziyyətinin stabil olduğu və həkim nəzarətində olduğu bildirilib.

Digər zərərçəkən — 2014-cü il təvəllüdlü azyaşlı isə bilək və əlin termiki yanığı diaqnozu ilə daha ixtisaslı tibbi yardım alması üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Deputat operativ tədbirlərin görülməsinə görə Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanova, zərərçəkənlərə tibbi yardım göstərən həkimlərə, həmçinin ictimaiyyətin məlumatlandırılmasına görə STM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallıya təşəkkür edib.

S. Salmanova zərərçəkənlərə şəfa diləyərək, vətəndaşları bayram günlərində təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.


22-03-2026, 19:40 179

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086