Şagird sayı azalarsa Sumqayıtda müəllimlərə nə olacaq? – Ekspert açıqladı

 
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara görə, 2022/2023-cü tədris ilində 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər təşkil edib.
Cins bölgüsünə baxdıqda isə qadın müəllimlərin sayında daha kəskin azalma nəzərə çarpır. Belə ki, 2022/2023-cü ildə qadın müəllimlərin sayı 124 293 nəfər idisə, 2023/2024-cü ildə bu rəqəm 124 840 nəfərə qədər artıb, amma 2024/2025-ci ildə 120 633 nəfərə enib. Kişi müəllimlərin sayında da azalma qeydə alınıb. 2022/2023-cü ildə 27 341 nəfər kişi müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 26 028 nəfərə, 2024/2025-ci ildə isə 25 748 nəfərə düşüb.
Maaşlara gəldikdə isə bir müəllimin 2021-ci ildə orta əməkhaqqı 533 manat idisə, 2022-ci ildə bu rəqəm 720 manata, 2023-cü ildə isə 830 manata yüksəlib. Artım 2024-cü ildə də davam edib və orta aylıq əməkhaqqı 920 manata çatıb. 2025-ci il üçün bu göstərici 965 manata yüksəlib.
Qeyd edək ki, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun yaxın bir neçə ildə 50 min müəllimin ixtisar olacağını açıqladıqdan sonra bu məsələ yenidən gündəmə gəlib. 
Sumqayit.tv xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Elmin Nuri qeyd edib ki, ölkədə şagird sayı 100-dən az olan məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi prosesi həyata keçirilib, digər tərəfdən, xüsusilə Bakı, Sumqayıt və Abşeron məktəblərində şagird sıxlığı yüksəkdir və şagirdlər daha çox bir neçə sinifdə cəmləşir.
"Bu müəllimə olan tələbatın strukturunu dəyişir. Eyni zamanda, müasir dövrdə müəllimlik artıq alternativsiz peşə sayılmır. Müxtəlif ixtisaslar üzrə təhsil alan şəxslər yalnız məktəbdə deyil, özəl təhsil müəssisələrində, kurslarda, layihələrdə və digər proqramlarda da fəaliyyət göstərə bilirlər. Yəni müəllimin fəaliyyəti yalnız məktəblə məhdudlaşmır.
Bununla belə, Azərbaycanda hər il yüzlərlə ixtisaslı müəllim əmək bazarına daxil olur. Lakin məktəblərin və şagirdlərin sayının azalması kadr sayı ilə mövcud imkanlar arasında ciddi disbalans yaradır. Statistik göstəricilər də bunu təsdiqləyir: ildən-ilə birinci sinfə gedən şagirdlərin sayı azalır. Bu isə demoqrafik amillərlə bağlıdır”.
E. Nuri qeyd edib ki, təxminən 15 il əvvəl ümumi şagird sayı təxminən 1,6 milyon idisə, yaxın illərdə bu rəqəmin 1 milyona qədər enəcəyi proqnozlaşdırılır:
"Bu ən azı yarım milyon şagird azlığı deməkdir. Nəticədə siniflərin, dərs saatlarının və ümumilikdə məktəblərin sayı azalacaq. Bu proses müəllimlərin iş yükünə və maaşına birbaşa təsir göstərəcək” 
Ekspert qeyd edib ki, mövcud şəraitdə müəllimlər arasında rəqabət də güclənəcək. Daha hazırlıqlı, bacarıqlı və peşəkar müəllimlər iş yerlərini qoruyub saxlaya və hətta daha yüksək gəlir əldə edə biləcəklər. Digərləri üçün isə vəziyyət daha çətin olacaq”.
"Keçmişlə müqayisədə də azalma açıq görünür. Məsələn, əvvəllər bir paralel üzrə 5 sinif olduğu halda, hazırda bu rəqəm bəzi məktəblərdə 3-4-ə enib. Bu tendensiya getdikcə daha da nəzərə çarpır”.
Müəllimlər məktəbdən aslı qalmalı deyil:
"Problemi müəyyənləşdirmək vacibdir, lakin əsas məsələ onun həll yollarını tapmaqdır. Müəllimlər yalnız məktəbdən asılı qalmamalıdır. Əgər məktəbdə vakant yer yoxdursa, müəllim namizədləri illərlə müsabiqə nəticələrini gözləməməlidir. Bu baxımdan özəl təhsil sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır.
Çünki bu proses təkcə sosial-iqtisadi deyil, eyni zamanda sosial-demoqrafik xarakter daşıyır. Şagird sayının azalması zəncirvari şəkildə digər sahələrə də təsir edir. Belə bir şəraitdə əsas sual budur: müəllimlər bu dəyişikliklərə necə uyğunlaşmalıdır?
Nəticə etibarilə, rəqabətdə üstünlük qazanan müəllimlər üçün imkanlar genişlənə bilər. Lakin digərlərinin də sistemdən kənarda qalmaması üçün alternativ məşğulluq imkanlarının yaradılması zəruridir” – o qeyd edib.

25-03-2026, 16:09 97

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086