Yağış yağır, Sumqayıtda insanlar bir-birinin üstünə düşür - VİDEO

 

Vüsal Hacısoy yazır...


Bəzən bir şəhərin problemi sadəcə kanalizasiya olmur. Problem insanların illərlə görməzlikdən gəlinməsi, çarəsizlik içində tək buraxılması olur.

Bu gün Sumqayıtın Stansiya Sumqayıt və Dəmiryolunun Yük Həyəti adlanan ərazisində yaşanan vəziyyət artıq sıradan kommunal problem olmaqdan çıxıb. Burada söhbət insanların normal yaşayış hüququndan gedir.

Təxminən 60 hektarlıq ərazidə 600-dən çox ev tikilib. İnsanlar yaşayır, ailələr böyüyür, uşaqlar məktəbə gedir. Amma bu qədər yaşayışın olduğu yerdə nə kanalizasiya sistemi var, nə də yağış sularını axıdacaq kollektor xətti.

Nəticə isə hər yağışdan sonra eyni olur.

Küçələr sanki Baykal gölünə çevrilir. Həyətlər çirkab sularla dolu olduğundan insana Hindisatanı xatırladır. Sakinlər çarəsiz halda suyu öz evindən uzaqlaşdırmaq üçün yola axıtmağa məcbur qalır. Nəticədə çirkli sular bir-birilərinin həyətinə dolur. İnsanlar söz davasına çıxır. Sabah bu münaqişə başqa xoşagəlməz nəticələr verəndə kim cavab verəcək ?! Yağış suyu kanalizasiya suyu ilə qarışır, əraziyə ağır qoxu yayılır, insanlar isə bir-biri ilə üz-üzə gəlir.

Ən təhlükəlisi də budur.

Çünki sosial problemlər bir müddət sonra insanların psixologiyasına təsir edir. Gərginlik artır. Narazılıq böyüyür. İnsanlar artıq problemi yox, bir-birini günahlandırmağa başlayır.

Əslində isə burada günahkar nə sakinlərdir, nə də yağış.

Problem illərlə həll olunmayan infrastrukturdadır.

Bir şəhərin inkişafı yalnız binaların tikilməsi ilə ölçülmür. İnsanların necə yaşaması ilə ölçülür. Əgər bir ərazidə insanlar hər yağışdan sonra həyətlərinə dolan çirkab su ilə mübarizə aparırsa, burada artıq ciddi yanaşmaya ehtiyac var.

İslam dinində insanın təmizliyi və gigiyenası ilə bağlı çoxlu sayda qaydalar mövcuddur. Qurani-Kərimdə buyurulur: “Allah təmiz, pak olanları sevər”. “Təmizlik imandandır” deyimi də əsrlərdir insanların həyat fəlsəfəsinə çevrilib.

Amma təəssüf ki, bu gün bəzi insanlar həmin təmizliyi yaşaya bilmirlər.

Çirkab su ilə dolan “şambo”lar torpağı zəhərləyir, ağacların və bitkilərin inkişafına mane olur. Kanalizasiya sularının xüsusi maşınlarla daşınması zamanı yayılan ağır qoxu insanların həyatını dözülməz hala gətirir. Yağışdan sonra yaranan süni göllər isə təkcə küçələri yox, insanların sağlamlığını və psixologiyasını da zədələyir.

Ən ağrılı məqam isə budur ki, insanlar buna məcbur qalırlar.

Heç kim çirkab suyun içində yaşamaq istəməz. Heç kim hər yağış yağanda həyətinə dolan suyu başqa istiqamətə axıtmaq üçün çarə axtarmaq məcburiyyətində qalmaq istəməz. Sadəcə illərlə davam edən laqeydlik insanları bu vəziyyətlə barışmağa məcbur edir.

Bəzən düşünürsən: görəsən bu mənzərəni yaşayan insanların yerində məsul vəzifəlilər olsaydı, eyni səssizlik davam edərdimi?

İnsanların abır-həyası, rahatlığı, sağlamlığı təhlükə altındadır. Sakinlər normal yaşayış şəraiti, kanalizasiya xətti, yağış kollektor sistemi və insan kimi yaşamaq hüququ tələb edirlər.

Çünki bu problem bu gün həll olunmasa, sabah daha ağır sosial nəticələr doğura bilər. Odur ki, nə qədər gec deyil, mövzusunu açdığımız əraziyə əncam çəkmək lazımdır.


20-05-2026, 21:00 641

Digər xəbərlər

Sağdan ötmə edib qəza şəraiti yaratdı - 50-ES-629 - VİDEO

Sumqayıtda gənc bıçaqlandı – atası şübhəli bilinir

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

Bakı-Sumqayıt yolunda tıxaclar havanı da çirkləndirir? – Mütəxəssislərdən AÇIQLAMA

Bişkekdə İlham Əliyev və Nikol Paşinyan görüşür

İlham Əliyev Qırğızıstana səfər edib

Müəllimlərin maaşına 35%-dək əlavə veriləcək – Təkrar sertifikasiya başlayır

Sumqayıt bu gün “Qarabağ”la qarşılaşacaq

Sumqayıt Regional Reklam İdarəsi Masazırdaki mebel sexini çaremələdi – 1500 manat

TƏCİLİ! Gecə yarısı müharibə yenidən BAŞLADI - DƏHŞƏTLİ HÜCUM

Novxanıda obyektin üzərində tikinti – Sənədlər yoxdur?

Ərdoğan Zəfər Bayramının 104-cü ildönümündə Anıtqəbiri ziyarət edib-FOTO

Sumqayıtda evdən elektrik naqilləri oğurlandı – şübhəli saxlanıldıh

30 Avqust – Zəfər Bayramı: Türk tarixinin dönüş nöqtəsi

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Bu gün, 20:47
Bu gün, 19:14
Bu gün, 16:52
Bu gün, 16:09
Bu gün, 13:17
Bu gün, 12:30
Bu gün, 12:06
Bu gün, 11:44
Bu gün, 11:35
Bu gün, 10:44
Dünən, 19:20
Dünən, 17:13
Dünən, 15:53
Dünən, 12:26
29-08-2026, 16:12
29-08-2026, 13:44
29-08-2026, 10:35
29-08-2026, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1104