Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt TV xəbər verir ki, şəhərin Koroğlu prospekti 215/239 ünvanında Opel Astra markalı dövlət qeydiyyat nişanı 50 CG 250 olan avtomobil 90 ex 977 dövlət nömrə nişanlı Mercedes Benz C markalı avtomobillə qottuşub. Opel markalı avtomobil yolun aşağı hərəkət zolağından çıxaraq əks istiqamətdə köməkçi yola - köhnə trolleybus zolağına çıxıb. Hadisə nəticəsində həyatını itirən olmayıb.
Dövlət Yol polisi əməkdaşları hadisə yerindədir.