İcmadan Mirzoyana: Başları daşa dəyəndən sonra...


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir.
Sumqayit.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə verdiyi son açıqlamalar növbəti riyakarlıq nümunəsidir.
“Yeni sərhəd xətti yaratmaq lazım deyil” deyən erməni nazir nədənsə “unudur” ki, 2020-ci ilə qədər məhz onun ölkəsi son vaxtlar bəh-bəhlə danışdıqları Almatı bəyannaməsini də pozaraq Azərbaycan ərazilərini işğal altında saxlamaqla faktiki olaraq yeni sərhəd xətti yaratmağa can atıb.
Ermənistan üçün 30 il ərzində sərhəd xətti Ağdam, Füzulidən keçirdi və elə həmin Ararat Mirzoyan Vətən müharibəsinin ilk günlərində “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi işğalı dəstəkləyən boğazdan yuxarı açıqlamalar verirdi. Başları daşa dəyəndən sonra Ermənistan rəsmilərinin indi məzlum görüntüsü almaları ikrah doğurur.
Ermənistanın “Qarabağda erməni mədəni irsinin qorunması” məsələsini Avropa İttifaqı ilə müzakirə etməsi ölkəmizin suverenliyinə qarşı açıq-aşkar təhdiddir. Ararat Mirzoyan Azərbaycan xalqının mədəni irsinin mühafizəsi məqsədilə UNESKO missiyasının Ermənistana göndərilməsi ilə məşğul olmalıdır.

14-02-2024, 12:30 195

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086