“Ya Rusiyanın müttəfiqi olmalıyıq, ya da Türkiyənin vassalı…” – Hrant Baqratyan


“Mövcud olmayan məhkəmə sistemi daha da deqradasiyaya uğrayır. Xüsusilə son təyinatlardan sonra prokurorluq zorakılıq alətinə çevrilib. Bu, bizim xalqın ayıbıdır, çünki bu cəmiyyətin namusunu göstərir. İstənilən şəxsə qarşı istənilən ittiham irəli sürülür. Bu, çox ciddi və mürəkkəb problemdir”.
Sumqayit.tv xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri, “Azadlıq” partiyasının sədri Hrant Baqratyan deyib.
Onun sözlərinə görə, Paşinyan və komandası Ermənistanı növbəti məğlubiyyətlərə aparır:
“Buna görə də dəyərlər və qiymətləndirmələr dəyişir. Məsələn, Türkiyə deyir ki, Ağrı dağı gerbinizdə əks olunmasın, onlar etiraz etmirlər. Cavab vermirlər ki, Ağrı bizim millətin bibliya dağıdır. Siz taleyin ironiyasına baxın ki, hazırkı xarici işlər nazirimizin adı Araratdır. Düzünü desəm, artıq məndə şübhələr yaranır ki, bəlkə iş o yerə çatacaq, “Ararat” adı qadağan olunacaq və tezliklə xarici işlər nazirimiz adını dəyişdirmək məcburiyyətində qalacaq. Görün, hansı absurd, cəfəngiyyat bir sistemdə yaşayırıq. Bu hüquq sistemi, bu siyasi oyunlar, iqtisadi sistem – hamısı dəyişməlidir”.
Baqraytan daha sonra bunları deyib: “Toyvo Klaara görə, bölgənin lideri Türkiyə olacaq. Yəni dediklərimiz gerçəkləşdi: biz ya Rusiyanın müttəfiqi olmalıyıq, ya da Türkiyənin vassalı. Türkiyə NATO üzvüdür, Azərbaycana kömək edir. Ermənistanın hakimiyyət orqanları isə hər şeyi edir ki, Rusiyanı buradan sıxışdırıb çıxarsın. Bütün bunlar Ermənistanın ziyanınadır. Əvəzini isə erməni xalqı ödəyir”.

5-03-2024, 12:00 173

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086