Bakı Rusiyanın formalaşdıracağı hərbi ittifaqda yer almayacaq, çünki... - Politoloqdan İLGİNC açıqlama

 


"Rəsmi Bakı Rusiyanın İran və Çinlə formalaşdırmağa çalışdığı regional hərbi ittifaqda yer almayacaq. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir".
Sumqayit.tv bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Rusiya, İran və Çinin Oman körfəzində keçirdiyi birgə hərbi təlimlər 3 ölkə arasında hərbi əməkdaşlığın güclənməsinə işarədir:
"İran dəniz qüvvələrinin admirallarından biri açıqlama verərək, Hind okeanının şimalında yeni alyansın formalaşdığını bildirib. 3 ölkənin hərbi dəniz qüvvələri arasında birgə hərbi təlimlər 2018-ci ildən keçirilir. Bu hərbi təlimlər Kreml üçün Ukrayna müharibəsi fonunda daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Bununla Kreml Qərbə mesaj göndərir ki, onun bölgədə hərbi müttəfiqləri də var.
Çinin birgə hərbi təlimlərdə raketlərlə təchiz olunmuş 6 gəmisi iştirak edib. Bu təlimlərdə Çinin Afrikanın Cibuti dövlətindəki hərbi bazasındakı gəmilər də iştirak edib. Hərbi gəmilər dəniz quldurlarına qarşı birgə mübarizəni və girovların azad edilməsini məşq ediblər. Bundan başqa təlimlərdə İran və Çinin xüsusi təyinatlıları da iştirak edib. Pekin Moskvadan fərqli olaraq birgə hərbi təlimlərin Qərbə qarşı yönəlmədiyini göstərmək istəyib. Çinli rəsmilər birgə hərbi təlimləri sadəcə dənizlərdə təhlükəsizlik tədbirləri kimi dəyənləndirməyə çalışıblar. Ancaq buna inanan azdır. Qərb ölkələri Rusiya-İran-Çin birgə təlimlərini bölgədə yeni üçlü ittifaq kimi qiymətləndiriblər. ABŞ və Böyük Britaniya hərbi gəmilərinin Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən husilərə qarşı mübarizəsi davam edərkən,  Rusiya, İran və Çinin hərbi təlimlərini husilərlə mübarizə aparanlara qarşı qiymətləndirənlər var. Məsələn,  Çin bugünə qədər husilərin ticarət gəmilərinə hücumunu pisləyən bəyanat yayımlamayıb. Halbuki, “Reuters” agentliyinin məlumatına görə, Çin mallarının Süveyş kanalı üzərindən Avropaya idxalı azalıb.
“The New York Times” yayımlanan məqalədə Rusiya-İran-Çin strateji yaxınlaşmasının ideya müəllifinin Kreml olduğu iddia edilib. Məqalə müəllifinin fikrincə, Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları sərtləşəndən sonra Kreml Asiya bazarlarına çıxış əldə etməyə çalışır. Rusiya həm quru, həm də dəniz yollarıyla Asiya ölkələriylə ticarəti genişləndirmək istəyir. Hərbi təlimlərin əsas məqsədi də məhz budur".
Elxan Şahinoğlu bildirib ki, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsi Azərbaycanın maraqlarına cavab verir və rəsmi Bakı Çindən və Hindistandan Avropaya uzanan nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinə çalışır:
"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Çinə son səfərinin əsas qayəsini bu təşkil edirdi. Bakının nəqliyyat mövsuzuyla bağlı Dehli ilə də dialoqu mövcuddur. Buna baxmayaraq, rəsmi Bakı Rusiyanın İran və Çinlə formalaşdırmağa çalışdığı regional hərbi ittifaqda yer almayacaq. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir".

25-03-2024, 13:34 152

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086