Paşinyan: “Azərbaycandan yollar, boru kəmərləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə getməlidir”

 


Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olmasına yardım Ermənistan Respublikasının prioritetidir və bu kontekstdə mən regionun infrastrukturlarının açılmasına əhəmiyyət verirəm, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Kathimerini" nəşrinə müsahibəsində bildirib, News.am məlumat yayıb.
"Dünyanın kəsişməsi" layihəsi bir tərəfdən Ermənistan ərazisi vasitəsilə Qara dəniz, digər tərəfdən Fars və Oman körfəzləri arasında buraxılış qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, avtomobil yük daşımalarını, boru kəmərlərini, elektrik xətlərini və internet- kabelləri nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycan Naxçıvanından keçir və bu dəmir yolu sovet illərində mövcud olub. Bu, "dünyanın kəsişməsi" Şimal-Cənub marşrutudur, - Ermənistanın baş naziri deyib.
Həmçinin Xəzər dənizini Ermənistan ərazisilə Aralıq dənizilə, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bundan ötrü Azərbaycandan dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Ermənistan vasitəsilə Türkiyəyə daxil olmalıdır.
"Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında əlaqə yaratmaq üçün istifadə edilə bilər. Bu, aşağıdakı şərtlərlə mümkündür:
- Bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır;
- Hər bir ölkə sərhəd və gömrük nəzarətini öz ərazisindəki dövlət qurumları vasitəsilə həyata keçirir və təhlükəsizliyi təmin edir;
- Sözügedən infrastrukturdan həm beynəlxalq, həm də daxili nəqliyyat üçün istifadə oluna bilər;
- Bütün ölkələr bir - birinin infrastrukturundan bərabərlik və qarşılıqlılıq prinsipi əsasında istifadə edirlər", - Paşinyan qeyd edib.\\TURAN

26-03-2024, 14:56 137

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086