“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır”-ŞƏRH

 



“Münaqişə dövrünə baxsaq, digər dövlətlərdən, xüsusilə Fransadan fərqli olaraq Almaniya münaqişəyə daha balanslı yanaşıb. Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Bu, Azərbaycan dövləti tərəfindən hər zaman yüksək dəyərləndirilib”.

Bu fikirləri Musavat.com-a Prezident İlham Əliyevin Almaniyaya səfərini dəyərləndirərkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib. İkinci Qarabağ müharibəsindən sonra müəyyən dövlətlərin vasitəçilik təşəbbüslərinə diqqət çəkən ekspert qeyd edib ki, Fransa postmünaqişə problemlərinə obyektiv yanaşmadı: “Almaniya isə Azərbaycan və Ermənistan prezidentlərinin Berlində görüşünü təşkil etdi, hər hansı müdaxilə etmədi. Bizim tərəfimizdən mənfi qarşılanan mövqe nümayiş etdirmədi. Digər dövlətlərdən fərqli olaraq Almaniya obyektiv rol oynaya bilər. Hərçənd, Azərbaycan vasitəçilərsiz danışıqlara üstünlük verir, lakin münasibətlərin normallaşması ilə bağlı məkan olaraq müəyyən təşəbbüslər ola bilər. Hər bir halda müsbət dəyərləndiririk. Xüsusilə, Fransanın qərəzli siyasəti fonunda Azərbaycanın rəsmi mövqeyi də ondan ibarətdir ki, Almaniyanın təşəbbüslərinə müsbət yanaşırıq”.

Mətin Məmmədli vurğulayıb ki, AŞPA-dakı bəzi alman deputatlar Azərbaycana qarşı qərəzli mövqedə olsalar da, rəsmi mövqe müsbətdir: “Almaniya bəzi məsələlərdə Fransanı əvəz edə bilər. Sülh üçün vasitəçi platformasına gəlincə, görüşlər müxtəlif ölkələrdə keçirilə bilər. Biz danışıqlarda xüsusi vasitəçi olmadan da nəticə ala bilərik. Hər halda, son aylarla baş verənlər bunu bir daha təsdiq edir. 4-5 ay ərzində Azərbaycan vasitəçi olmadan iki mühüm razılaşma əldə edib. İstənilən halda Azərbaycan obyektiv rolu olan ölkələri müsbət qəbul edir”.

27-04-2024, 12:19 210

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086