Fenomenal siyasi lider


XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı.1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır.Həqiqətən dədövlət müstəqilliyimizin bərpasının ilk illəri böyük və məşəqqətli sarsıntılarla müşayət olunurdu. Torpaqlarımıza qarşı erməni təcavüzü, cəbhədə verilən çoxsaylı itkilər, davamlı iqtisadi tənəzzül xalqın sabaha olan inamını tamamilə sarsıtmışdı. AXC-Musavat iqtidarı özünün səriştəsiz xarici siyasəti ilə Azərbaycanın beynəlxalq mövqelərini daha da zəiflətmişdi. Onlar bu geosiyasi məkanda və respublikanın sərvətlərində marağı olan bütün xarici siyasi qüvvələri nəzərə alıb, qarşılıqlı şəkildə neytrallaşdırmaq əvəzinə məsuliyyətsiz bəyanatlar verir, qonşu dövlətlərlə münasibətləri daha da kəskinləşdirirdilər.
Azərbaycan xalqı gözəl anlayırdı ki, onu düşdüyü bu bəlalardan yalnız və yalnız dahi siyasətçi, fenomenal siyasi lider Heydər Əliyev xilas edə bilər.  Ulu Öndər Heydər Əliyev Ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Ulu Öndər 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, respublikamız müstəqilliyi itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Xalqın böyük etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümummilli Lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkələsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Bununla da Ulu Öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu.
Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Ümummilli Liderimizin arzuları 27 ildən sonra reallaşdı. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbyarılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli, ay ulduzlu bayrağımız əzəmətlə dalğalanır.Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Elə bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə yekunlaşdı. Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

13-06-2024, 15:00 437

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041