İrana zərbələr bu istiqamətdən endiriləcək – İsrailin planları məlum olur

İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir. Bu barədə yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant çıxış edib.
“İranın hücumu aqressiv olsa da, qeyri-dəqiq idi. Bizim hücumumuz, əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar nə baş verdiyini və necə baş verdiyini anlamayacaqlar. Sadəcə olaraq, nəticələri seyr edəcəklər” , – deyə o bildirib.
İrana ölümcül zərbələr hansı nəticələrə səbəb olar?
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, İran və İsrail rəsmilərinin bir-birilərinə qarşı ünvanladıqları mesajlara diqqət etsək, onların münasibətlər sisteminin “quyunun dibində” olduğu görünər:

Elçin Abdullayev
“Yəni bu iki ölkə arasında hələ həlli tapılmayan məsələlər var. Bu da tərəflərdən birinin xeyirinə həll olunmalı, yaxud da konstruktiv mövqe sərgilənib, ortaq qərara gəlinməlidir. Lakin İran və İsrail arasındakı proseslərə nəzər salsaq onların ortaq qərar verməsinin mümkün olmadığının da şahidi olarıq. İranın İsrailə atdığı son raketlərə Təl-Əviv mütləq cavab verəcək. Lakin bunun dəqiq nə zaman baş verəcəyini proqnozlaşdırmaq çətindir”.
Politoloqun sözlərinə görə, İsrail bu məsələni özünün beynəlxalq müttəfiqlərindən kənarda həyata keçirməyəcək:
“Məsləhətləşmənin sonunda İrana sarsıdıcı zərbələr vuracaqlar. Nüvə obyektləri, strateji, hərbi bazaların hədəf alınması gözləniləndir. İsrailin əlində kifayət qədər böyük imkanlar var. Bir neçə istiqamətdən zərbə endirilməsi gözləniləndir. Lakin geniş miqyaslı qarşıdurmanın olması inandırıcı deyil”.

//Globalinfo.az

11-10-2024, 10:51 180

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086