“Bu Agentlik siyasi şeytanlıqdan başqa bir iş görmür”


ABŞ Konqresi 4 sentyabr 1961-ci ildə ABŞ-nin xarici yardım proqramlarını yenidən təşkil edən və iqtisadi yardımı idarə etmək üçün bir Agentliyin yaradılmasını tapşıran Xarici Yardım Aktını qəbul etdi. USAID, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi daha sonra bir neçə mövcud xarici yardım təşkilatını və proqramlarını bir agentlik altında birləşdirməyə çalışan Prezident Con F.Kennedinin sərəncamı ilə yaradılıb. USAID əsas diqqəti uzunmüddətli sosial-iqtisadi inkişafa yönəldən ABŞ-nin ilk xarici yardım təşkilatı oldu və 100-dən çox ölkədə, ilk növbədə Afrika, Asiya, Latın Amerikası, Yaxın Şərq və Şərqi Avropada nümayəndəlikləri inkişaf agentliyi adı altında fəaliyyət göstərir. Əslində isə bu Agentlik siyasi şeytanlıqdan başqa bir iş görmür. Məsələn, Misir və Ukraynada baş verən inqilablarda USAID-in dolayısı ilə olsa da birbaşa əli var idi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
Politoloq qeyd edib ki, indi də USAID, guya Gürcüstanda müxtəlif proqramlar həyata keçirir və ölkənin iqtisadiyyatı, səhiyyəsi və cəmiyyəti sahələrində dəstək təşkil edir, amma əslində isə ölkənin daxili siyasətinə və qanunvericiliyinə əks yönəlik siyasi təsir göstərir: “Bu destruktiv siyasət həyata keçirən Agentliyin tək niyyəti Gürcüstanda yox, ümumiyyətlə, Cənubi Qafqazda siyasi stabilliyi pozmaq niyyəti var. Bu ərazidə isə onsuz da Qərbdən gələn istənilən havaya oynayan siyasi marianet Ermənistan hakimiyyəti üçün fərq etmir istər USAİD olsun, istər Soros, əsas odur hava Qərbdən gəlsin.
16 yanvar 2025-ci il tarixdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə bildirdi ki, USAID-in ölkəmizə yardımları ABŞ-nin mənafeyi üçün edilirdi. Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı. C.Bayramov qeyd etdi ki, biz bir daha şahid olduq ki, USAID-in yardımları xoşniyyətli deyil, ona görə də ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Nəinki Amerika, hətta ümumqərb siyasətini bütün qərb siyasətçilərindən daha yaxşı bilən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dekabrda Kiselyova müsahibəsində qeyd etmişdi ki, zənnimcə, Tramp onu ləğv edə bilər. Nəticə isə göz önündədir”.
E.Telmanoğlu həmçinin vurğulayıb ki, ABŞ-nin 47-ci Prezidenti Donald Trump, USAID-in ləğv edilməsi barədə açıqlamalarını 2025-ci ilin yanvar ayında edib: “20 yanvar 2025-ci ildə prezident seçiləndən qısa müddət ərzində, Trump yeni xarici yardım proqramlarının 90 gün ərzində dayanması haqqında bir sərəncam imzalayaraq USAID-in fəaliyyətlərinin dayanmasına səbəb oldu. Bu, xarici yardım proqramlarının dayanması və əməkdaşların işləməməsi ilə nəticələnib. Trump USAID-in ləğv edilməsini təklif edib və onu "Radikal Lunatiklər" tərəfindən idarə olunan bir təşkilat kimi tərif edib. Bu, bir çox xarici yardım təşkilatlarının narahatlığını doğurub. Diqqət yetirdinizsə, ilk olaraq USAİD-in “X” sosial şəbəkəsində İlon Mask tərəfindən profili bağlandı. Bu isə Amerikanın ümumi siyasi kursunda bəzi dəyişikliklərin ediləcəyinin ilkin anonsudur”.

4-02-2025, 17:29 146

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041