Trampdan Rusiya ilə bağlı ŞOK QƏRAR - Bundan sonra...

 

Tramp administrasiyası Rusiyanın neft, təbii qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edəcək.

Musavat.com bildirir ki, bu iddia ilə ABŞ-nin CBS telekanalı çıxış edib.

ABŞ rəsmilərinin açıqlamalarına əsaslanan xəbərdə aşağıdakı ifadələr yer alıb:

"Xəzinədarlıq Departamenti Bayden administrasiyası tərəfindən Rusiya bankları ilə enerji əməliyyatlarının davam etdirilməsinə icazə verən 60 günlük azadlığa son verdi. Azadlığın sona çatması ilə banklar böyük enerji əməliyyatlarını emal etmək üçün artıq ABŞ ödəniş sistemlərinə daxil ola bilməyəcək.

Sanksiyalardan azad edilən Rusiya maliyyə qurumları arasında Vneşekonombank, Bank Maliyyə Korporasiyası Otkritie, Sovcombank, Sberbank, VTB Bank, Alfa-Bank, Rosbank, Bank Zenit, Bank Sankt-Peterburq və Rusiya Mərkəzi Bankı yer alırdı.

Amerika bank sistemlərinə çıxışı daha da məhdudlaşdırmaq qərarı digər ölkələrin Rusiya neftini almasını çətinləşdirir, onun qlobal tədarükünü məhdudlaşdırır. Bu, bir barel üçün 5 dollara qədər qiymət artımına gətirib çıxara bilər ki, bu da son həftələrdə qiymətlərin düşməsindən sonra əhəmiyyətli bir sıçrayışdır".

ABC News-un xəbərində isə qeyd edilir ki, Tramp administrasiyası xarici şirkətlərə Rusiyanın enerji resursları üçün təsdiq edilmiş banklar vasitəsilə ödənişlər etməyə icazə verən lisenziyanı ləğv edib.

Ağ Evin mətbuat katibi Caroline Leavitt Trampın icazəni ləğv edib-etməməsi ilə bağlı məlumatı olmadığını deyib.

 


14-03-2025, 12:40 112

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086