Üç ölkə Rusiya ilə sərhədləri möhkəmlədir – Hücum təhlükəsi…

 

Xəbər verdiyimiz kimi, Estoniya, Latviya və Litva Rusiya və Belarusla sərhədlərin gücləndirilməsini nəzərdə tutan “Baltikyanı müdafiə xətti” layihəsi üzərində işləyir. Baltik ölkələri hesab edir ki, onlar üçün ən təhlükəli mərhələ Ukraynada atəşkəsin əldə olunmasından dərhal sonra başlayacaq. İddialara görə, bu halda Rusiya qısa zamanda yenidən silahlanaraq Baltikyanı ölkələri hədəf ala bilər.

Bəs Moskvanın belə bir hücum potensialı varmı? Ukrayna savaşından sonra yeni bir müharibənin başlama ehtimalı nə dərəcədə real görünür?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Estoniya, Latviya və Litva kimi kiçik Baltik ölkələrinin belə bir qərar verməsi heç də təsadüfi deyil:

elcin abdullayev

Elçin Abdullayeva

“Bu ölkələr NATO üzvüdür. Hər üçü tarixən Rusiya kimi böyük bir dövlətlə qonşu olublar. Bu da əsas verir ki, onlar hər zaman öz təhlükəsizliklərini ön planda tutsunlar. Ukraynadan sonra növbəti təcavüzə məruz qala biləcək dövlət olacaqlarını düşünən, bu qorxu ilə yaşayan da məhz Estoniya, Latviya və Litvadır. Kiyev və Moskva arasında sülh sazişinin imzalanacağı ilə bağlı məlumatlar dolaşsa da, fikrimcə, sülh sazişinin imzalanması Rusiyanın geri çəkilməsi kimi qiymətləndirilməməlidir. Ukrayna ilə gedən müharibə fonunda Rusiya böyük itkilər verdi, ciddi sanksiyalarla qarşılaşdı. Atəşkəsin əldə olunması Rusiyaya nəfəs almağa, ordusunu gücləndirməyə imkan verəcək”.

Politoloqun sözlərinə görə, gedən şiddətli müharibə fonunda Rusiya hazırda hərbi sənayesini gücləndirməyə nail olub:

“Hər bir halda Alyansın üzvü olan həmin üç ölkəyə Rusiyanın atəşkəs imzalandıqdan sonra belə hücum edəcəyi gözlənilmir. Bu addım Kremlə baha başa gələcək. Hazırkı geosiyasi reallıqları nəzərə alsaq, Rusiyanın Pribaltika ölkələrinə hücum etmə ehtimalı sıfıra bərabərdir”.

Safura Bənnayeva


9-04-2025, 14:58 121

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086