Səbinə Salmanova: "Rusiyada azərbaycanlılara qarşı zorakılıq strateji tərəfdaşlığa ziddir"

 Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı son günlər həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına, insan hüquqlarına və Azərbaycan-Rusiya strateji tərəfdaşlığına tamamilə ziddir.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, iyunun 27-də Yekaterinburqda baş verən hadisələr sadəcə hüquqi prosedur deyil, insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan zorakılıq aktıdır: “Heç bir məhkəmə qərarı olmadan insanların evlərinə daxil olunması, işgəncələrə və ölüm hallarına yol verilməsi hüquq-mühafizə fəaliyyəti deyil, açıq şəkildə sifarişli hərəkətlərdir. Hesab edirəm ki, bu cür hərəkətlər iki ölkə arasında illərdir formalaşdırılmış münasibətlərin ruhuna ziddir. Biz Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Lakin bu münasibətlər birtərəfli ola bilməz. Əgər bir tərəf digərlərinin vətəndaşlarına qarşı qanunsuz, zorakı və cinayətkar davranışlar nümayiş etdirirsə, bu artıq tərəfdaşlıq yox, riyakarlıqdır”.

S.Salmanova bildirib ki, Azərbaycan dövləti məsələyə dərhal reaksiya verib və Xarici İşlər Nazirliyi Rusiya tərəfinə diplomatik nota təqdim edib, Rusiyanın müvəqqəti işlər vəkili nazirliyə çağırılaraq izahat tələb olunub:

“Biz bu məsələnin ciddi şəkildə araşdırılmasını, cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb olunmasını və Rusiya hakimiyyətinin Azərbaycan dövlətindən və xalqından üzr istəməsini tələb edirik. Azərbaycan vətəndaşının harada yaşamasından asılı olmayaraq hüquq və təhlükəsizliyi dövlətin birbaşa prioritetidir. Azərbaycan heç vaxt bu məsələlərdə susmayıb və susmayacaq”.

29-06-2025, 15:41 421

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086