Hər şey həmin gündən başladı – xalqın seçimi, Azərbaycanın taleyi

 Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşına əbədi həkk olunur. Bu günlərdən biri də 1993-cü il oktyabrın 3-dür. Həmin gün xalqımız öz taleyini, müstəqilliyini və dövlətçiliyini qurtuluş yoluna çıxarmaq üçün tarixi bir qərar verdi.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmışdı:

“1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyindəki xaos, milli birliyin olmaması ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü isə bu təhlükəni daha da dərinləşdirirdi. Bir tərəfdən siyasi böhran, digər tərəfdən işğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda itirilir, xalqımıza qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilirdi. Məhz belə bir məqamda xalqın xilası üçün güclü, müdrik və qətiyyətli liderə ehtiyac vardı. Bu lider Heydər Əliyev idi”.

Onun sözlərinə görə, həmin dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyəti, zəngin dövlətçilik təcrübəsi və uzaqgörənliyi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi:

“Lakin xalqın inamı daha böyük idi. 1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq seçkilərində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün tariximizin qürur səhifəsi kimi xatırlanan həmin gün, əslində, müstəqilliyimizin xilası, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın gələcəyə inamının bərpası demək idi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanda sabitlik bərqərar olmağa başladı. Ölkə daxilində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlətçiliyin əsasları möhkəmləndirildi. İqtisadiyyatı bərpa etmək üçün mühüm addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu, Azərbaycanın gələcəkdə enerji xəritəsində mühüm yer tutmasını təmin etdi”.

Parlamentari söyləyib ki, Ümummilli Lider Heydər Əliyevin Prezidentliyi həm də milli ideologiyanın bərpası, xalqın öz gücünə inanması demək idi:

“O, müstəqil Azərbaycanın dövlət atributlarını möhkəmləndirdi, ordu quruculuğunu prioritetə çevirdi, milli həmrəylik və birlik ideyalarını gerçəkləşdirdi. Hər addımı ilə xalqın Prezidentinə çevrildi, dövlətçiliyin dayaqlarını möhkəmləndirdi”.

S.Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir:

“Onun müəyyənləşdirdiyi inkişaf xətti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu yeni dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirərək, ölkəmizi regional güc mərkəzinə, söz sahibinə çevirib. Məhz bu siyasətin davamı olaraq Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu mövqe qazanıb, ordumuz güclənmiş, 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər əldə edilib.

Tarixi həqiqət odur ki, 3 oktyabr 1993-cü ildə başlanmış böyük yol bu gün cənab İlham Əliyevin müdrik və qətiyyətli liderliyi ilə öz məntiqi zirvəsinə çatıb. Azərbaycan artıq regionda sülhün, sabitliyin və inkişafın təminatçısına çevrilib. 1993-cü il oktyabrın 3-də xalqımız yalnız Prezidentini seçmədi, həm də gələcək nəsillərin işıqlı sabahını müəyyənləşdirdi”.

3-10-2025, 11:24 67

Digər xəbərlər

Sumqayit.tv-in işıqlandırdığı problem qısa müddətdə aradan qaldırıldı-FOTO-VİDEO

Sumqayıtlı abituriyent: "Bu qədər yüksək bal toplayacağımı gözləmirdim"

Premyer Liqada yeni mövsümün püşkü atıldı: Sumqayıt ilk turda bu komanda ilə qarşılaşacaq

Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

Sumqayıtda kanalizasiya suları obyektləri basdı – Sahibkarlar çətin vəziyyətdə qaldı-FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezident şirkətində rəhbər dəyişdi

Saray bağları istiqamətində köhnə avtobuslar sakinlərin narazılığına səbəb olur

Sumqayıtlı abituriyentlər qəbul imtahanında yüksək nəticə göstərdilər

Sumqayıtda Çerkassi küçəsində yol problemi: Sakinlər narahatdır-VİDEO

İki övladını böyüdə-böyüdə 90,5 bal topladı – SDU məzununun uğur hekayəsi

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

SDU tələbələri beynəlxalq IT proqramını uğurla başa vurdu

Sumqayıtda bu kollecə tələbə tapılmadı – Onlarla yer boş qaldı

Sabahın hava proqnozu açıqlandı: Bəzi bölgələrdə leysan və dolu gözlənilir

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

1 2 3 4 5 6 7 8 9 10 ... 1083
Dünən, 21:03
Dünən, 13:51
Dünən, 13:45
Dünən, 12:47
Dünən, 12:38
Dünən, 00:39
17-07-2026, 21:08
17-07-2026, 20:28
17-07-2026, 18:47
17-07-2026, 16:55
17-07-2026, 15:44
17-07-2026, 14:32
17-07-2026, 14:00
17-07-2026, 13:58
17-07-2026, 12:55
17-07-2026, 12:22
17-07-2026, 12:21
17-07-2026, 12:19
17-07-2026, 12:13
17-07-2026, 11:10
16-07-2026, 22:17
16-07-2026, 20:16
16-07-2026, 17:07
16-07-2026, 16:37
16-07-2026, 15:13
16-07-2026, 14:50
16-07-2026, 14:32
16-07-2026, 14:05
16-07-2026, 13:15
16-07-2026, 13:12
16-07-2026, 12:14
16-07-2026, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
1 2 3 4 5 6 7 8 9 10 ... 1083