NATO qoşunları Əfqanıstandakı Baqram aviabazasını tərk edib.
Sumqayit.tv xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb.
Nazirlik bazanın yerli hökumətin nəzarətinə nə vaxt keçəcəyini açıqlamayıb.
Xatırladaq ki, "Baqram" bazası NATO qoşunlarının Əfqanıstanda ən böyük aviabaza olub. Məlumata görə bundan sonra aviabaza Türkiyənin nəzarətinə veriləcək.