Azərbaycan və Türkiyə birgə PUA istehsalını planlaşdırır


"Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq əlaqələrini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan da Türkiyədə mövcud olan texnologiyalardan istifadə etmək və onun istehsalını mənimsəmək imkanına malikdir”.
 
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın müdafiə sənayesi PUA istehsalı sahəsində kifayət qədər ciddi imkanlara sahibdir. Bu imkanları Türkiyə ilə birləşdirməklə daha üstün nəticələr əldə etmək mümkündür:
 
"Azərbaycanda  da istehsalı üçün addımlar atılacaq "AKINCI" PUA-larının həm yüksək hündürlükdə fəaliyyət göstərməsi, həm də hava və quru hədəflərinə qarşı kifayət qədər yüksək imkanlara sahib olması bu PUA-ları hazırda mövcud olan ən təhlükəli silah sinfinə aid edir".
 Ədalət Verdiyev bu barədə fikirlərini belə izah edib: ""AKINCI" PUA-ları yerüstü hədəflərdən başqa hava raketləri vasitəsilə hava hədəflərinə qarşı da mübarizə apara biləcək azsaylı vasitələrdən hesab olunur.
 
Xatırladıram ki, "AKINCI" PUA-larının yüksək hündürlükdə həm hava, həm də quru hədəflərini məhv etmək qabiliyyəti hazırda onun dünya silah bazarında uyğun yerlərdən birini tutmasına kömək edir. "AKINCI" hava hədəflərini də məhv edə biləcək azsaylı pilotsuz vasitələrdəndir.

PUA-ların hava və yer hədəflərinə qarşı maksimal məsafələrdən zərbə endirməsi pilotlu hava hücum vasitələrinin üzərinə düşən döyüş yükünü azatmaqla bərabər onların resurslarına da qənaət etməyə imkan verir.
Türkiyənin Azərbaycanla bərabər digər müttəfiqləri ilə pilotlu və pilotsuz aviasiya sahəsində səylərini birləşdirməsi ən yaxın gələcəkdə daha üstün imkanlara malik vasitələrin təqdimatı ilə nəticələnəcək”.
Qeyd edək ki, Türkiyənin məşhur "BAYKAR” şirkəti Azərbaycanda PUA-ların istehsalına başlamaq istəyir. Bu barədə şirkətin texniki direktoru Səlcuq Bayraqdar açıqlama verib.
"Azərbaycanın aidiyyəti qurumları "AKINCI” pilotsuz uçuş aparatı ilə maraqlanırlar. Biz "BAYKAR” olaraq bu texnologiyanı Azərbaycanda inkişaf etdirmək üçün işə başlamaq istəyirik. Həm inkişaf etdirmək, həm də burada istehsal etmək təşəbbüsü ilə çıxış edəcəyik. İşə bu sahə ilə əlaqəli azərbaycanlılar cəlb ediləcək”.- deyə S.Bayraqdar söyləyib.(Modern.az) 


8-02-2022, 11:54 226

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041