Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.Bu haqda Türkiyənin “TRT Haber” xəbər verib.
Bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri liderlər arasında beşinci söhbət olub.
Danışıq zamanı dövlət başçıları Ukraynadakı son vəziyyəti müzakirə ediblər.