Sumqayıt Kimya Sənaye Parkı Gürcüstan və Rusiyaya sulfat turşusu ixrac edecək


Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Azərsulfat" MMC Gürcüstan və Rusiyaya sulfat turşusunun ixracına başlayır.
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şirkətin direktoru Emin Quliyev bildirib.
"İlk partiyada Gürcüstana 250-300 ton, illik isə 7 500 ton həcmində sulfat turşusu göndəriləcək. Rusiyaya isə illik ixracın həcmi 6 min ton təşkil edəcək. Artıq sulfat turşusunun xaricə satışı üçün sənədləşmə işlərinə başlanılıb. Gürcüstanın Rustavi Azot Müəssisəsi ilə müqavilə bağlanılıb, Rusiyanın bir neçə müəssisə ilə də danışıqlar aparılır. Sənədləşmə prosesi çətindir. Xarici dövlətlərdən kvota alınmalıdır. Amma proses bitmək üzrədir", - deyə o qeyd edib.
E.Quliyevin sözlərinə görə, hazırda rəhbərlik etdiyi müəssisənin illik istehsal gücü 20 min tondur: "Bunun da 10 min tonu daxili bazar, 10 min tonu isə ixrac üçün nəzərdə tutulub. Əvvəllər Azərbaycana sulfat turşusu idxal edilirdi, zavod fəaliyyətə başladıqdan sonra yerli təlabat tam ödənilir. Məhsulun birinci partiyası Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavoduna göndərilib".
Xatırladaq ki, "Azərsulfat"ın ərazisi 1,5 hektar olan zavodunun təməli 18 yanvar 2021-ci ildə qoyulub. Müəssisədə 36 iş yeri yaradılıb.


26-01-2023, 16:47 182

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086