Uğurlu enerji siyasətimiz


Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının enerji siyasəti möhtərəm Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkəmizin xarici siyasət kursunun şaxələndirilməsi bizə Avropanın, Asiyanın və digər qitələrin aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa imkan yaradır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev bütün beynəlxalq toplantılarda və Forumlarda bu istiqamətdə planlı, məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Azərbaycan Respublikasının son illərdə beynəlxalq nüfuzunun yüksəlməsində heç şübhəsiz ki, dövlət başçımızın müstəsna əməyi var. 2022-ci ilin fevral ayından sonra dünyada baş verən proseslər beynəlxalq münasibətlərə yeni çalarlar gətirmişdir. Bu dövrdən sonra xüsusilə təhlükəsizlik məsələləri aktuallaşmışdır. Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində mühüm rola malik bir ölkəyə çevrilməsi beynəlxalq aləmdə ölkəmizin çəkisini, siyasi nüfuzunu daha da yüksəklərə qaldırır.

18 iyul 2024-cü il tarixində Cənab İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında yer alan müddəalar Azərbaycan Respublikasının təchizatçı ölkə kimi əhəmiyyətini bir daha təsdiqləmiş oldu. Dövlət başçımız öz çıxışında bildirdi ki, beynəlxalq  əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında liderliyini qoruyan Azərbaycanın  inkişaf  strategiyası  qabaqcıl təcrübə kimi nümunə  göstərilir.  Ölkəmizin yürütdüyü enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət edir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycan Respublikasının enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün  etibarlı təminatdır.  

Dövlətimiz tərəfindən regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlətlər, xalqlar arasında körpü daha da möhkəmləndi, yeni tərəfdaşlar qazandıq. Üç ildən artıqdır ki,  Azərbaycan  mühüm qaz təchizatçısına çevrilib. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. 2020-ci ilin 31 dekabr tarixində isə TAP istismara verildi. 

  Müasir dünyanın reallıqlarını nəzərdən keçirərkən aydın görünür ki, enerji təhlükəsizliyi hal-hazırda ən aktual məsələlərdən biridir. Azərbaycan  öz növbəsində Avropa üçün etibarlı və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Respublikası Avropa ölkələri ilə enerji təminatı sahəsində əməkdaşlıq baxımından bütün lazımi addımları atır və bundan sonra da atacaq. Uğurlu enerji siyasətimiz qarşıdakı illərdə Azərbaycanın milli təhlükəsizlik maraqlarına mühüm töhfələr verəcək.

Vasif Səfiyarov,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

22-07-2024, 18:57 369

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086