Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin “Bayatı-Şiraz” dəstgahı kitabının təqdimat mərasimi keçirilib-FOTOLAR+VİDEO

 
26.04.2026-cı il tarixində Ə.Kərimov adına Sumqayıt şəhər Poeziya evində Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin 2026-cı ildə işıq üzü görmüş “Bayatı-Şiraz” dəstgahı elmi monoqrafiyasının təqdimat mərasimi keçirilib. 

Tədbirdə Azərbaycanın haqq savaşında canından keçərək şəhadət zirvəsinə ucalan qəhrəman  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Dövlət himni səsləndirilib.
“Bayatı-Şiraz” dəstgahı kitabının təqdimat mərasimində bir sıra Sənətşünaslıq elmləri doktoru, professorlar, Azərbaycan Respublikasının xalq artistləri, media nümayəndələri, Sumqayıt Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəhbər şəxsləri və pedoqoji kollektivi, şairlər iştirak ediblər. 
Söz alan natiqlər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, gənc alim Ruslan Tağıyevin musiqi məktəbi, bakalavr, magistr və doktorantura təhsili illərində əldə etdiyi zəngin bilik və təcrübə onun sənət yolunun formalaşmasında mühüm rol oynamasından danışdılar. “Bayatı-Şiraz” dəstgahı kitabının ərsəyə gəlməsi, Azərbaycan muğamlarının ustad sənətkarların zəhməti sayəsində əsrlərdən süzülərək bu günümüzə qədər gəlib çatması barədə fikirlərini bölüşüblər.  
 
Tədbirdə çıxış edən qonaqlar:

Elçin Cəfərov- Abşeron -Xızı Mədəniyyət İdarəsinin nümayəndəsi.
Abbasqulu Nəcəfzadə - Sənətşünaslıq elmləri doktoru, AMK-nın professoru.
Maya Qafarova - Sənətşünaslıq üzrɔ fəlsəfə doktoru, BMA-nın professoru.
Akif Quliyev - Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor. AMK-nın “Musiqinin nəzəriyyəsi və tarixi" kafedrasının müdiri.
Jalə Qulamova – Sənətşünaslıq üzrə fəlsofə doktoru, AMK-nın professoru. “Etnomusiqişünaslıq" kafedrasının müdiri.
Vamiq Məmmədəliyev - Xalq artisti, Professor
Firudin Qurbansoy - Filologiya üzrə fəlsəfə doktoru, dosent , AMK-da kafedra müdiri.         

Hafiz Kərimov – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti.
Abdul Haşımov- Əməkdar müəllim.
İbrahim İlyasılı – AYB-nin üzvü, Prezident taqaüdçüsü, tanınmış şair və Ə.Kərimov adıma Sumgayıt Poeziya Evinin direktoru.
Əli Niyazbəyli – bədii qiraət ustası.
Ruslan Tağıyev- Sənətşünasliq üzrə fəlsəfə doktoru.   

Tədbirin aparıcısı AJB-nin üzvü, jurnalist-pedaqoq Yeganə Telmanqızı idi. 

Xatırladaq ki, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin 2026-cı ildə işıq üzü görmüş “Bayatı-Şiraz” elmi monoqrafiyasında, Azərbaycan muğam sənətində dəstgahlardan biri olan “Bayatı-Şiraz” muğamı barəsində bəhs edilir. Burada sözügedən muğamın tarixi mənşəyi, bir dəstgah kimi formalaşması və müasir dövrdə “Bayatı-Şiraz” adı altında dəstgah olaraq, təbliğ edilməsi araşdırılmışdır. Eyni zamanda “Bayatı-İsfahan” və “Bayatı-Şiraz” muğamları qarşılıqlı şəkildə müqayisə edilmiş, Elmi monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Lakin bununla yanaşı etnomusiqişünaslar, musiqişünaslar, bəstəkarlar, muğam ifaçıları, ali və orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri də istifadə edə bilərlər. “Bayatı-Şiraz” kitabı 4 fəsil 176 səhifədən ibarətdir. Kitabda Elmi redaktor və ön sözün müəllifi: Sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə, Son sözün müəllifi: Pedoqogika elmləri doktoru, professor Fərahim Sadıqov, Rəyçilər: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Akif Quliyev, Xalq artisti, professor Vamiq Məmmədəliyev və Xalq artisti, professor Ağasəlim Abdullayevdir. 
“Bayati-Şiraz dəstgahı” adlı monoqrafik üslubda yazılmış kitab 4 fəsildən ibarətdir: Birinci fəsildə muğamının yaranması və inkişaf mərhələləri haqqında geniş məlumatlar verilmişdir. II fəsildə müəllif tərəfindən “Bayatiİsfahan” və “Bayati-Şiraz” muğamları əsasında həm cədvəl şəklində, həm də “Bayati-Şiraz” Dəstgahı 145 not nümunəsi şəklində çox dəyərli müqayisəli təhlillər aparılır. Bu müqayisələrin hər birini musiqişünaslıq tariximizi zənginləşdirən amillərdən biri kimi dəyərləndirmək olar. III fəsildə müəllif, ustad muğam ifaçılarının “Bayati-Şiraz” haqqındakı fikirlərini tədqiqata cəlb etmişdir. Bu fəsildə, ustad ifaçılarımızın “Bayati-Şiraz” muğamına fərdi şəkildə yanaşmalarının araşdırma  nəticəsi də çox yaxşı təsir bağışlayır. Sonuncu IV fəsildə isə Azərbaycan bəstəkarlarının yaradıcılığında Bayatı-Şiraz muğamının yeri, rolu və əhəmiyyəti barədə mühakimələr yürüdülür. 

Təsadüfi deyil ki, 7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamları UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuş və 2008-ci ildə isə nəhayət Azərbaycan muğamlarının UNESCO tərəfindən qəbul edilərək bəşəriyyətin qeyri maddi irsinin inciləri siyahısına daxil edilmişdir. Bu tarixi hadisə muğamların dünya mədəniyyətindəki tutduğu mövqeyinin əyani sübutudur. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə şifahi şəkildə ötürülən muğamlar zəmanəmizə qədər uzaq yol qət etmişdir. Bu keşməkeşli dövrlərdə muğamların müxtəlif səpkidə inkişaf edərək formalaşması sözsüz ki, danılmaz faktdır.
Müasir dövrümüzdə muğam sənətinin inkişafı və dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi əhəmiyyət daşıyır. UNESCO və ISESCOnun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə görülən bu nəcib işlər muğamın qorunmasına, inkişafına və beynəlxalq miqyasda tanıdılmasına böyük töhfə verir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Əkrəm oğlu Tağıyev dövrü mətbuatda bir sıra sanballı elmi məqalələrlə çıxış edən gənc sənətşünas-alimlərimizdən biridir. Onun indiyədək muğamşünaslığın müxtəlif məsələ və problemlərinə dair 12 elmi məqaləsi işıq üzü görmüşdür. Bunlardan 5-i xarici ölkələrdə, 7-si isə yerli mətbuatda çap olunmuşdur. Ruslan Tağıyev musiqi aləminə tar ifaçısı kimi gəlsə də, sonrakı illərdə bir sıra telli mizrabla səsləndirilən alətləri də təcrübi olaraq öyrənmişdir. O, ali təhsil aldıqdan sonra pedaqoji və elmi fəaliyyətlə də fəal məşğul olmaqdadır. Ruslan Tağıyev gənc olsa da, fəaliyyət göstərdiyi sahələrdə bir sıra uğurlar qazanmışdır. “Bayatı-Şiraz” muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətləri adlı elmi əsəri də bu yöndə yazılan növbəti işlərdən biridir. 
Sonda Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Sumqayıt bülbül adına 2 nömrəli UİM-nin tar müəllimi Ruslan Tağıyev tədbirdə iştirak edən qonaqlara, müəllimlərinə, valideynlərinə, pedaqoji kollektivə, media nümayəndələrinə və tədbirin təşkilində əməyi olan hər kəsə öz dərin təşəkkürünü bildirib.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.
 
Tədbirin informasiya dəstəyi aşagıdakı saytlara məxsusdur:  
XeberTıme.az, AYMEDİACOMPANY.AZ,   Sabaha-İnamla.az, Xeberle.com, Mat TV, Azpress.az, VIP Mərkəzi, “ATA TV” internet televiziyası, VIP Mərkəzi-nə məxsusdur.
Media nümayəndələri Sabaha-İnamla.com baş redaktoru, Azərbaycan milli mətbuatının 150 illik yubley medalçısı Namiq Məmmədova, "AYMEDİACOMPANY.AZ" saytının rəhbəri, MAT.TV direktoru Almaz Yaşarqızına, jurnalist Aygün Hüseynə,  “ATA TV” internet televiziyasının rəhbəri Rasafil Bayramova, təşkilatı dəstəyə görə “Rüqəyya” un məmulatlarına öz təşəkkürümüzü bildiririk. 



Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin “Bayatı-Şiraz” dəstgahı kitabının təqdimat mərasimini “ATA TV” internet televiziyası lentə alıb. Sizlərə sayıtımız vasitəsi ilə tədbirin tam videosunu təqdim edirik.


Dünən, 23:12 64

Digər xəbərlər

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin “Bayatı-Şiraz” dəstgahı kitabının təqdimat mərasimi keçirilib-FOTOLAR+VİDEO

Sumqayıtda “düşən ulduzları” izləmək mümkün olacaq

Sumqayıtlı məktəbli dünyanın nüfuzlu universitetinə qəbul olundu - FOTO

Sumqayıtda tikinti iddiasına rəsmi münasibət – İcra Hakimiyyəti açıqlama verdi - VİDEO

Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU

Dənizkənarı kirayə bazarı bahalaşır – Sumqayıt alternativ kimi ön plana çıxır

Sumqayıtda illərdir baxımsız qalan küçələr – sakinlər problemin həllini istəyir - FOTO/VİDEO

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Dünən, 23:12
Dünən, 20:47
Dünən, 14:41
25-04-2026, 17:08
25-04-2026, 09:26
24-04-2026, 20:45
24-04-2026, 19:00
24-04-2026, 16:46
24-04-2026, 16:39
24-04-2026, 16:34
24-04-2026, 16:02
24-04-2026, 15:54
24-04-2026, 15:38
24-04-2026, 15:36
24-04-2026, 15:33
24-04-2026, 15:11
24-04-2026, 14:42
24-04-2026, 14:16
23-04-2026, 21:21
23-04-2026, 19:28
23-04-2026, 19:18
23-04-2026, 16:26
23-04-2026, 16:17
23-04-2026, 12:26
23-04-2026, 12:18
23-04-2026, 11:56
23-04-2026, 11:46
23-04-2026, 09:53
23-04-2026, 09:46
23-04-2026, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
1 2 3 4 5 6 7 8 9 10 ... 1044