Sumqayıt şəhər 65 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçiləri maaşlarının direktor tərəfindən kəsildiyini iddia ediblər. Bağçanın tərbiyəçisi Sevda Nəzərli bildirib ki, məsələ ilə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə şikayət ünvanlayıblar. “Şikayətimiz Sumqayıt şəhər Əmək Müfəttişliyinə yönləndirilib. Amma müfəttişlikdən lazımi cavabı ala bilməmişik”, – deyə o qeyd edib. Tərbiyəçi Elmira İbadova 2019-cu ildən etibarən maaşlarını əskik aldıqlarını deyiblər.