Putinin çıxışındakı şifrəli mesaj - martın 24-dən sonra...

 


Belə bir məsəl var: “Malı itənin imanı da itər”. Yəni o mənada ki, mal yiyəsinin zənni əvvəlcə yüz yerə gedər, hətta suçu olmayanlardan da şübhələnər. Sui-zənn isə islama görə, günah sayılır. Amma mövzu bu deyil...
Artıq Rusiyanın dövlət telekanalları Moskva yaxınlığındakı “Crocus City Hall” kompleksində baş vermiş dəhşətli terror aktını israrla Ukraynaya bağlamağa çalışır. İki gündür TV-də müxtəlif çaplı “ekspertlər zəruri ictimai rəy formalaşdırmaq üçün ağla gələn və gəlməyən sui-qəsd nəzəriyyələri irəli sürürlər. Görünür, “yuxarı”nın təlimatı belədir.
Bunu Putinin sözləri də dolayısıyla təsdiqləyir. Rusiya prezidenti bugünkü çıxışında deyib: “Onlar (terrorçuların bəziləri – red.) gizlənmək üçün Ukraynaya doğru hərəkət ediblər. İlkin məlumatlara görə, Ukrayna tərəfindən onların dövlət sərhədini keçməsi üçün “pəncərə” də hazırlanıb”.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin dünən yaydığı məlumata görə (bunun nə dərəcədə həqiqət olduğunu yalnız özləri bilir), terror aktını törətməkdə şübhəli bilinən 4 nəfər məhz Ukrayna ilə sərhədə yaxın ərazidə saxlanılıb...
Amma sərhədi keçmək istəmək hələ keçmək demək deyil. Hər halda, onlar sərhəddə yox, ona yaxın ərazidə yaxalanıblar - əgər rəsmi informasiyaya inansaq. İkinci yandan, aydındır ki, tutulanladan asanca istənilən ifadəni almaq olar(dı).

WhatsApp Image 2024-03-23 at 19.31.27.jpeg (74 KB)

Nəhayət, lap tutaq onlar o tərəfə qaçmaq istəyiblər. Prinsipcə burda qeyri-adi nə var? Hamı bilir ki, Ukrayna və Rusiya işğalçı müharibəyə görə biri-birinə düşmən kəsilib. Terrorçular da ola bilsin düşünüblər ki, Kiyev bu səbəbə onları Moskvaya verməz...
Dərhal vurğulayaq: heç kim terroru, vəhşiliyi himayə etmir. Ancaq görünən budur ki, Rusiyada Ukrayna haqda gerçəkdən terrorçu dövlət imici yaratmağa səy edilir.
Yeri gəlmişkən, saxlanılanlardan istintaq zamanı bu yöndə lazımı ifadələr almaq rus xəfiyyəsi üçün adi şeydir. Yetər ki, müvafiq “tapşırıq” olsun. Halbuki rəsmi Kiyev faciəyə heç bir aidiyyəti olmadığını elə həmin gün, ən yüksək səviyyədə bəyan edib.
Ukraynanın 1 nömrəli müttəfiqi ABŞ da hadisənin Kiyevə heç bir dəxli olmadığını bildirib. Eyni zamanda, Amerika başda olmaqla, Qərb dövlətləri, Avropa Birliyi, Brüssel terror olayını sərt şəkildə pisləyib.
O zaman Moskva nədən yenə də axın əleyhinə “üzməyə”, məsələni siyasiləşdirməyə çalışır? Ukraynaya qarşı hansısa qadağan olunmuş kütləvi qırğın silahının tətbiqinə haqq qazandırmaq üçünmü? Buna - dinc əhaliyə qarşı qeyri-mütənasib və haqsız zərbəyə hazırlıqmı gedir? Yoxsa Rusiyada ümumi səfərbərliyə əsas yaratmaq, üç ildir uzanan işğalçı müharibəni davam etdirmək üçün əlavə motiv axtarılır? Putinin konkret niyyəti, planı nə?
Böyük ehtimalla, bunu matəm günündən - 24 martdan az sonra biləcəyik...

Müəllif: Musavat.com

24-03-2024, 10:45 190

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086