İngilis dili müəllimləri üçün seminar və konfransın açılışı olub - FOTO

İngilis dili müəllimləri üçün seminar və konfransın açılışı olub - FOTO

400-dən çox azərbaycanlı orta məktəb ingilis dili müəllimi üçün iki günlük seminar və konfransın açılışı olub.
Sumqayit.tv
xəbər verir ki, ADA Universitetində keçirilən açılış mərasimində ABŞ səfirliyinin Missiya rəhbərinin müavini Hugo Qevara çıxış edib.
O bildirib ki, Azərbaycanda xüsusilə də gənclər arasında ingilis dili bacarıqlarının inkişafına dəstək vermək səfirlik üçün prioritetlərdən biridir.
Missiya rəhbəri qeyd edib ki, artıq dördüncü ildir ki, səfirlik Azərbaycanda bu proqramı dəstəkləyir. Onun sözlərinə görə, 2023-cü ildə 112 ingilis dili müəllimi bu proqrama başlayıb və onlardan 92 müəllim bu proqramdan uğurla məzun olub:
"Bu proqramın Azərbaycanda artıq 350 məzunu var".
O, çıxışının sonunda proqram məzunlarına fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, konfrans Şimali Karolina Dövlət Universiteti tərəfindən idarə olunan və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən azərbaycanlı ingilis dili müəllimləri üçün 18 həftəlik onlayn magistr səviyyəsində ingilis dilinin tədrisi üzrə sertifikat proqramının kuliminasiya nöqtəsidir. Bu, proqramın dördüncü ilidir. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Gəncə, Mingəçevir, Yevlax, Sumqayıt, Bərdə, Gədəbəy, Şəmkir, Şəki, Zaqatala, Füzuli, Lənkəran, Astara, Masallı və Beyləqandan ingilis dili müəllimləri iştirak edir. Bu, iştirakçılar üçün pedaqoji qabaqcıl təcrübələri öyrənmək və həmkar pedaqoqların peşəkar şəbəkəsini qurmaq üçün üsulları inkişaf etdirmək imkanıdır.
2020-ci ildə fəaliyyətə başladığı gündən magistr dərəcəsi səviyyəsində olan bu çətin virtual təlim proqramını 350 azərbaycanlı ingilis dili müəllimi uğurla bitirib. Proqram hər il böyüyür, təsirini və əhatə dairəsini artırır. ABŞ-ın Azərbaycandakı səfirliyi və Şimali Karolina Dövlət Universiteti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə bu uğurlu layihəni gələn il də davam etdirmək niyyətindədir. //apa

28-06-2024, 12:05 151

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086