SDU-da “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılışı olub


Sumqayıt Dövlət Universitetində “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılış mərasimi keçirilib.
Apa xəbər verir ki, Sumqayıt Dövlət Universitetində Koreya "Eximbank", Asiya İnkişaf Bankı (AİB), "Ars Praxia", Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələrinin iştirakı ilə Asiya İnkişaf Bankı – Koreya Respublikası "Birgə Məsləhətçi Bilik Mübadiləsi Proqramı" (KSP) çərçivəsində icra olunan “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi – Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsinin açılış mərasimi keçirilib.
Tədbiri SDU-nun rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal giriş sözləri ilə açaraq keçirilən layihənin SDU və Azərbaycanda fəaliyyət göstərən digər ali təhsil müəssisələri üçün əhəmiyyətini vurğulayıblar.
Daha sonra Koreya "Eximbank"ın baş məsləhətçisi Ceongah Seo KSP barədə, AİB-nin baş layihə məsləhətçisi Səbinə Yusifova isə "Ali təhsildə innovasiyanın inkişafı: AİB və Koreya Respublikasının Azərbaycana dəstəyi" mövzusunda təqdimat edib. Bundan əlavə, KAIST-in professoru Seung Hun Han "KSP-AİB Azərbaycan layihəsinin SDU-ya yönəlmiş icra planı" mövzusunda danışıb.
Sonda SDU-nun rektoru vəzifəsini icra edən Əminağa Sadıqov, Koreya "Eximbank"ın baş direktoru Hvanvu Kim və AİB-nin ölkə üzrə direktoru Sunniya Durrani-Camal dəstək memorandumunu imzalayıblar. Qeyd edək ki, layihə çərçivəsində SDU-ya fokuslanaraq Azərbaycanın ali təhsil müəssisələrinin tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və sahibkarlıq proqramlarının inkişaf etdirilməsi üçün onların potensialının artırılması nəzərdə tutulur.
Bu təşəbbüs çərçivəsində Koreya universitetlərinin uğurlu təcrübəsindən istifadə olunacaq.





15-02-2025, 10:24 137

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086