SDU-da “Məzun günü” keçirildi

 

Sumqayıt Dövlət Universiteti (SDU) 2024/2025-ci tədris ilində bakalavriat və magistratura pillələrini bitirən məzunlarını təntənəli şəkildə yola salıb.

Sumqayit.tv xəbər verir ki, iyunun 30-da universitetin əsas tədris binasının qarşısında təşkil edilən açıq hava tədbirində professor-müəllim heyəti, tələbələr, valideynlər, qonaqlar və əvvəlki illərin məzunları iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

SDU-nun rektor əvəzi, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov məzunları təbrik edərək vurğulayıb ki, bugünkü məzunlar yalnız diplomla deyil, həm də Vətənə xidmət ruhu ilə universitetdən ayrılırlar. O bildirib ki, bu gün yüksək ixtisaslı və vətənpərvər kadrlara ölkəmizin böyük ehtiyacı var və məzunlar bu ehtiyacı qarşılayan əsas qüvvə olmalıdır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müşaviri Əlisa Qurbanov və SDU-nun məzunu Simarə Əsədova da çıxış edərək məzunlara uğurlar arzulayıblar.

Tədris-metodiki mərkəzin direktoru Osman Hacıyev və baş müəllim Elşad Əliyev universitetin son illərdə qazandığı uğurlardan söz açaraq, məzunların bu uğurlarda pay sahibi olduqlarını bildiriblər.

Məzunlar adından çıxış edən tələbələr – İlahə Abdullazadə, Nicat Paşayev və Səbinə Mehrəliyeva universitetdə keçirdikləri illəri qürurla xatırlayıblar.

Tədbir çərçivəsində yüksək nəticə göstərən məzunlara fəxri fərmanlar təqdim olunub, sülhün simvolu olan ağ göyərçinlər və şarlar havaya buraxılıb. Son olaraq “papaqatma” mərasimi və bədii proqramla bayram əhval-ruhiyyəsi yaşanıb. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, tanınmış sənətçilər də çıxış edərək məzunları təbrik ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1-07-2025, 11:29 334

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086