Sumqayıtda yeni peşə məktəbinin tikintisi gündəmdə – Sənaye zonası üçün kadr ehtiyacı artır

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı dövlət səviyyəsində yeni addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2026–2030-cu illərdə müasir tələblərə cavab verən 21 yeni peşə məktəbi inşa olunacaq. Bu məqsədlə ölkənin müxtəlif iqtisadi zonalarında kadr hazırlığının gücləndirilməsi nəzərdə tutulur.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, yeni peşə məktəblərinin yaradılması Azərbaycanın regional inkişaf strategiyasının mühüm tərkib hissəsidir və xüsusilə sənaye potensialı yüksək olan bölgələrdə bu ehtiyac daha qabarıq hiss olunur.

Deputatın sözlərinə görə, yeni peşə təhsili müəssisəsinə ehtiyac duyulan əsas bölgələrdən biri də Sumqayıtdır. Şəhərdə sənaye parklarının fəaliyyəti, kimya və metallurgiya sahələrinin genişlənməsi, energetika və logistika layihələrinin çoxalması müasir texniki biliklərə malik kadrlara ciddi tələbat yaradır.

Elçin Mirzəbəyli qeyd edib ki, Sumqayıt sənaye mərkəzi kimi ölkə iqtisadiyyatında aparıcı rol oynayır:

“Sumqayıt Kimya Sənaye Parkı və digər sənaye müəssisələri genişlənir. Bu inkişafla paralel olaraq elektrik, mexatronika, avtomatlaşdırma, metal-konstruksiya, qaynaq, sənaye avadanlıqlarının istismarı və texniki xidmət kimi istiqamətlərdə ixtisaslı kadrlara ehtiyac artır. Yeni peşə məktəbi bu tələbatı yerli əmək bazarından təmin etməyə imkan verəcək.”

Deputat əlavə edib ki, Sumqayıtda açılacaq müasir peşə məktəbi həm şəhərin, həm də Abşeron iqtisadi zonasının kadr hazırlığını gücləndirəcək. Qida sənayesi, emal müəssisələri, logistika və texnologiya sahələri üçün də texniki ixtisasların tədrisinə ehtiyac var.

Onun sözlərinə görə, yeni peşə məktəblərində tədris modul əsaslı, çevik və əmək bazarının tələblərinə uyğun olmalı, müəssisələrlə birbaşa əməkdaşlığı əhatə edən dual təhsil modeli geniş tətbiq edilməlidir. Bu, tələbələrin həm nəzəri, həm də praktiki hazırlığını gücləndirəcək.

E.Mirzəbəyli hesab edir ki, Sumqayıt üçün nəzərdə tutulacaq peşə məktəbi bölgənin sənayeləşmə prosesinin davamlılığını təmin edəcək və gənclərin ixtisaslı işçi qüvvəsi kimi formalaşmasına mühüm töhfə verəcək.


9-12-2025, 16:01 70

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086