Peşə təmayüllü siniflərə mediatur təşkil edilib


Aprelin 7-də Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 120 nömrəli tam orta məktəbə mediatur keçirilib.
 

Mediaturun məqsədi məktəbdə tətbiq edilən "Peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində həyata keçirilən işlərlə tanışlıq olub. 
 
Mediatur zamanı media nümayəndələri peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin layihə çərçivəsində fəaliyyətlərini izləyiblər.
 
Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, sözügedən məktəbdə "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 2019-2020-ci tədris ilindən etibarən fəaliyyətə başlayıb. Cari tədris ilində X sinifdə aqronom köməkçisi və İT köməkçisi, XI sinifdə isə dərzi köməkçisi və mebel quraşdırma ustası köməkçisi ixtisasları tədris edilir.

X sinifdə təhsil alan şagirdlərin sayı 10 qız, 10 oğlan olmaqla 20 nəfər, XI sinifdə təhsil alan şagirdlərin sayı isə 10 qız, 10 oğlan olmaqla 20 nəfər təşkil edir.

Məktəbdə xidmət və təmir-tikintisi emalatxanası, IT otağı və məktəbin həyətində təcrübə sahəsi mövcuddur. Təcrübə sahəsində çiyələk və kartof əkini olunub. Həmçinin STEAM modulunun tədrisi üçün məktəbə 3D Printer və CNC avadanlığı verilib.
 
Daha sonra media nümayəndələrini maraqlandıran digər suallar da cavablandırılıb.
 
Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 2019-2020-ci tədris ilində Təhsil Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb.
 
X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması,  əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.
 
Cari tədris ilində layihə 80 məktəbdə 124 sinif, 414 müəllim, 2387 şagirdi əhatə edir.
 
Peşə təmayüllü siniflərdə 4 profil üzrə (İKT, kənd təsərrüfatı, xidmət, təmir-tikinti) 10 peşə ixtisası tədris edilir. Layihədə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı peşə ixtisaslarının tədrisi mövcuddur. Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulu və karyera məsləhəti xidməti, 32 məktəbdə isə “Sürücülük” modulu tətbiq edilir.
 

8-04-2022, 10:42 381

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086