“Cisco” şirkətinin nümayəndələri ilə görüş təşkil edilib


"Cisco” korporasiyasının nümayəndələri ilə görüş keçirilib.
 
Görüşdə Təhsil Sisteminin İnformasilaşadırılması idarəsinin rəisi Vüsal Xanlarov, “Cisco” şirkətinin Rumıniya və MDB ölkələri üzrə icraçı direktoru Dorin Pena, Azərbaycan üzrə baş direktor Ramil Eyyubov, ərazi üzrə məsul menecer Fərid Zeynalov və informasiya texnologiya infrastrukturunun idarəolunması üzrə heyət üzvləri iştirak ediblər.
 
Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu çərçivəsində “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində intranet, İP telefoniya, vahid təhsil platforması yaradılıb. Ötən il ərzində tətbiq olunmuş “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi keyfiyyətlə gücləndirilib.
 
Bildirilib ki, hazırda “Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı artmaqdadır. Ötən tədris ilindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılmış akademiya vasitəsilə “Cisco” şirkətinin təhsil məzmunu tədris planında istifadə olunur və digər peşə təhsili müəssisələrinin təhsilverənləri üçün ixtisasartırma tədbirləri təşkil edilir.  Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, CyberOps, DevNet, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
 
Bununla yanaşı, ötən tədris ilində şirkətlə əməkdaşlıq çərçivəsində Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə "Connected School" pilot layihəsinin icrası müvəffəqiyyətlə başa çatdırılıb.  Layihə çərçivəsində seçilmiş pilot məktəb “Cisco” avadanlıqları və proqram təminatı ilə təmin edilib, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub, idarəetmə və tədris prosesində informasiya texnologiyalarından effektiv istifadəyə nail olmaq məqsədi ilə sistemli işlər həyata keçirilib. Eyni zamanda “Connected School” layihəsinin müəyyən elementlərinin digər təhsil müəssisələrində tətbiqinə başlanılıb.
 
Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi, təhlükəsiz internet və rəqəmsal məzmun üzrə işlərin aparılması nəzərdə tutulub.


















12-04-2022, 12:44 233

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086