Gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edilib



Proqram iştirakçıları 11 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçəcəklər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı elan edir. 11 ay davam edəcək proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcək.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər kənd təsərrüfatı yönümlü ixtisasları bitirməli, ingilis dilini bilməlidir. Ali məktəbi yeni bitirmiş məzunlar, bakalavr və magistratura pilləsi üzrə sonuncu kurslarda təhsil alan gənclər təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər. Proqramda iştirak üçün müraciətlərin qəbulu aprelin 30-da başa çatacaq. Hərbi xidmət öhdəliyi olan gənclər proqramda iştirak edə bilməz.
Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.
Təcrübə proqramında iştirak etmək istəyənlər 3300 ABŞ dolları məbləğində ödəniş etməlidirlər. Proqramda iştirak haqqı 8 bərabər hissə ilə ödənilə bilər. Qeyd edək ki, proqramda iştirakı təsdiqlənən nazmizədlərə aylıq 1400$-dək məvacib veriləcək.
Proqrama daxildir:
  • İsrail daxilində nəqliyyat, qida və yaşayış xərclərinin qarşılanması;
  • Təcrübə və sahəvi səfərlər;
  • Tibbi sığorta;
  • Asudə vaxtların səmərəli təşkili;
  • Proqramın sonunda Azərbaycana geri dönüş biletinin təmin edilməsi;
 
Ətraflı məlumat üçün aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://drive.google.com/file/d/1vQGWTQdEYRPjTPSVYxjWx5nkkcm9Sar9/view?usp=sharing
https://drive.google.com/file/d/1ao8bGfGQKbIoV8aD6LwXRejKuAHtoZK8/view?usp=sharing
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinə müraciət edə bilərlər.
Müraciət üçün əlaqə:
[email protected]
077-299-06-60

20-04-2022, 17:10 206

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086