Orta məktəblərdə yeni dərslər tədris olunacaq

2021-2022 ci tədris illərində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi 7-ci və 8-ci siniflər üçün “Gənc Sahibkarlar” layihəsini icra eedib. Bu layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilmiş və MOL Azərbaycan şirkəti tərəfindən maliyyələşdirilib.
 
Sumqayit.tv xəbər verir ki, layihəyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Qəbələ, Qax, Zaqatala, Masallı rayonundan 30 pilot məktəb cəlb edilmişdir. Ümumilikdə, layihədən 125 müəllim, 3237 şagird faydalanmışdır.
 
Layihə üç mərhələdə icra edilmişdir. İlkin mərhələdə müəllimlər üçün maliyyə savadlılığı və sahibkarlıq istiqamətində distant təlimlər təşkil olunmuşdu. Növbəti mərhələdə maliyyə savadlılığı və sahibkarlıq təhsil kurikulumunun tərkib hissəsinə daxil edilərək, pilot məktəblərdə fakültətiv dərs kimi müəllimlər tərəfindən tədris edilmişdir.
 
Sonuncu mərhələdə isə layihədən faydalanan şagirdlər üçün Bakıda və Qaxda "Yaşıl Gələcək üçün İnnovativ Həllər" adlı “Eko Bootcamp” təşkil ediləcəkdir. “Bootcamp”ın məqsədi layihə çərçivəsində sahibkarlıq dərslərində iştirak etmiş şagirdləri bir araya gətirərək bu istiqamət üzrə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etməkdir.
 
“Bootcamp” zamanı məktəblilər komandalar şəklində ekoloji problemlər haqqında düşünərək innovativ həllər üzərində işləyəcəklər. Məktəblilər tərəfindən hazırlanacaq layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Yekunda qalib komandalar müəyyən edilmiş nominasiyalar üzrə sertifikatlarla mükafatlandırılacaq.
 
“Sahibkarlıq mahiyyətcə yaradıcı düşüncə tərzidir və bu təfəkkür iqtisadi inkişaf və biznesin yaradılması üçün həyatı əhəmiyyət kəsb edir. Bu səbəbdən MOL Azərbaycan şirkəti olaraq gənclərin təşəbbüskarlıq bacarıqlarını artırmağa imkan yaradan, məktəblərdə maliyyə savadlılığı və sahibkarlıq təhsilini təqdim edən layihəni dəstəkləməkdən qürur duyuruq” – MOL Azərbaycanın icraçı direktoru Atilla Somfai bildirib.
 
MOL Group baş ofisi Macarıstanın Budapeşt şəhərində yerləşən neft-qaz, neft-kimya üzrə beynəlxalq istehlakçı və pərakəndə satış şirkətidir. Şirkət 24000 isçi qüvvəsi ilə dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. MOL Group karbohidrogenlərin tədqiqat və istehsalat işləri sahəsində 85 illik və karbon qazının (CO2) yataqlara vurulması üzrə 30 illik təcrübəyə sahibdir. Hal-hazırda şirkət 8 ölkədə hasilat və 6 ölkədə tədqiqat sahəsində fəaliyyət göstərir.
 
MOL Group “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində səhmlərin 9.57% və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin 8.9%-ni əldə edərək 2019-cu ildə Azərbaycana daxil olmuşdur. MOL Group Xəzər dənizində yerləşən nəhəng neft yataqlarından biri olan “Azəri-Çıraq-Günəşli” yatağının üçüncü ən böyük tərəfdaşıdır. Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yatağı 1997-ci ildə hasilata başlamışdır və BP şirkəti tərəfindən idarə edilir.

31-05-2022, 16:00 218

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086