Böyük fəlakətin astanasından geri dönüş: Atəşkəs qurtuluşdur, yoxsa TƏSLİMİYYƏT?

“Amerikanın əsas hədəfi İranın nüvə potensialının qarşısını almaq, raket proqramlarını dayandırmaq, regionda İranın hərbi təsirini zəiflətmək, Yaxın Şərqdə müttəfiqlərini qorumaq və İrana bağlı proksi qüvvələrin təsirini azaltmaq idi”

Sumqayit.tv xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Politoloq açıqlamasında ABŞ-İran müharibəsinin qalibinin kim olduğunu analiz edib:

“Belə vəziyyətlərdə kimin qalib gəlməsi sualının cavabı adətən birmənalı olmur. Ona görə ki, nəticə təkcə hərbi deyil, həm də siyasi və strateji ölçülərlə qiymətləndirilməlidir. Bunun üçün çox geniş təhlilə ehtiyac var. Sözügedən müharibəni balanslı şəkildə təhlil etsək, görəcəyik ki, genişmiqyaslı müharibə tam baş verməyibsə və tərəflər arasında atəşkəsə gedilibsə, bu, çox vaxt heç bir tərəfin tam üstünlük qazana bilmədiyini göstərir.

Atəşkəsin elan olunması isə bəzən hər iki tərəfin əlavə ziyanlardan qaçması üçün seçilən kompromis yoludur. Belə olduqda, atəşkəsdən sonra hər iki tərəfin ‘biz qalib gəldik!’ deməsi daxili rəyə hesablanır. Adətən bu cür hallarda qalibi yalnız bu formada müəyyən edə bilərik: Kim əsas məqsədinə yaxınlaşdı? Bu sualın cavabını tapa bilsək, qalibi də müəyyənləşdirə bilərik. Gəlin bunu analiz edək:

ABŞ-nin İsraillə bərabər İrana qarşı başladığı müharibədə əsas məqsədi nədən ibarət idi? Amerikanın əsas hədəfi İranın nüvə potensialının qarşısını almaq, raket proqramlarını dayandırmaq, regionda İranın hərbi təsirini zəiflətmək, Yaxın Şərqdə müttəfiqlərini qorumaq və İrana bağlı proksi qüvvələrin təsirini azaltmaq idi.

ABŞ məqsədlərinə çata bildimi? Müharibənin nəticələrinə baxdıqda görürük ki, Vaşinqton İranın ali rəhbəri daxil olmaqla əksər rəhbər şəxslərini məhv edə bildi. Eyni zamanda, İranın hərbi anbarlarının böyük əksəriyyətini vurub sıradan çıxartdı. Bu nəticə göstərir ki, ABŞ öz məqsədlərinə kifayət qədər yaxınlaşa bildi.

İranın əsas məqsədi isə xarici müdaxilənin qarşısını almaq, daxili sabitliyi saxlamaq, regional təsirini qorumaq və proksi qüvvələrə təsir imkanlarını əldə saxlamaq idi. Hesab edirəm ki, İran xarici müdaxiləyə qarşı müəyyən həmrəylik nümayiş etdirə bildi və daxili sabitliyi hələ ki, qoruyur. Ümumiyyətlə, bunlara nəzər saldıqda məlum olur ki, İran öz minimal məqsədlərini qoruya bildi.

Nəticədə, İran məqsədinə nisbətən nail oldusa, ABŞ maksimum nəticələrə çata bilmədi. Lakin Amerika İran üzərindəki təzyiqini saxlamaqda davam edəcək”.


10-04-2026, 15:31 216

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086