Dəyişim nədir və nə üçün lazımdır?


Dəyişmək deyilən kimi əksər hallarda insanlarda müqavimət baş qaldırır. "Mən niyə dəyişirəm? Mən kiməsə görə niyə dəyişim? Məni olduğum kimi sevsinlər"- kimi etirazlarla qarşılanırıq. Amma gəlin görək biz dəyişim deyərkən nəyi nəzərdə tuturuq?! Dəyişərkən kiməsə görə dəyişirik yoxsa, dəyişim bizim özümüzə lazımdır?
Dəyişmək bizi rahatsız edən, özümüzü xoşbəxt hiss etməyimizin qarşısını alan, ünsiyyətimizə maneə olan, bəzi təcrübələrdən yaranmış neqativ duyğulardan, düşüncələrdən, ağlımız kəsəndən bizə aşılanan yanlış inanclardan azad olmaqdır. O inancları yeni inkişafımıza təkan olan inanclarla, neqativ düşüncələri pozitiv düşüncələrlə, bəd duyğuları xoş duyğularla dəyişməkdir dəyişim. Bununla da həyatını zülmətdən nura, çətinlikdən asanlığa, narahatlıqdan hüzura dəyişməkdir dəyişim.
Biz Yaradanın təcəllisi, Onun nurunu hər hüceyrəmizdə daşıyan və Onun yaratdığı olaraq mükəmməl və möcüzəvi varlıqlarıq. Bunun fərqində olaraq öz dəyərimizi, öz güvənimizi artıraraq özümüzü bütün yönlərimizlə sevə bilərik. Demək olar ki, hamımız Allahı sevdiyimizi söyləyirik. Bəs özümüzü niyə sevmirik? Niyə özümüzü sevməyi pis bir xasiyyət kimi dəyərləndiririk. Özümüzü Yaradandan uzaq varlıq mı sanırıq? Axı hər əzamız, hər anımız onun nəzarətindədir. Onun sənət əsəriyik hamımız. Belə bir sənət əsəri necə qüsurlu ola bilər? Özünüzdə qüsur arayıb durmayın. Özünüzü yanlışlardan dolayı qınayıb durmayın. Sənin yanlış davranmağına səbəb qüsurlu olmağın deyil, rastlaşdığın təcrübələrdən yaranan yanlış düşüncələr, yanlış inanclardır. Sizə gəlin dəyişin deyərkən "Gəlin bütün bunlardan azad olun"- deyirik. Özünüzə kömək etmək üçün tələsin. Sizi yoran neqativ düşüncələrdən azad olun. Onların verdiyi neqativ duyğulardan azad olun. Yanlış inancların məngənəsindən xilas olun. Ağır yüklərdən azad olun. Çünki bu yüklər sizin uğura gedən yolunuzda əngəldir. Uğur zirvədir. Bir insan zirvəyə qalxmaq istəyərkən, mütləq bütün yüklərini dağın lap aşağısında tərk edir. O, ancaq ən zəruri olan şeyləri götürür. Zirvəyə qalxmağa kömək edəcək olanları. Çünki zirvəyə qalxarkən yüklər daha da ağırlaşır. Təbii ki, bu da maneə olur. Mənim əzizlərim, siz zirvələrə, uğurlara layiqsiniz. Siz ucalmaq üçün yaradılmısınız. Ucalmaq üçün sizə ağırlıq yaradan travmalarınızdan, yanlış inanclarınızdan, neqativ duyğularınızdan, düşüncələrinizdən xilas olmağa qərar verin. Bu yenidən doğulmağa bənzəyir. Belə olarsa həyatınız əlvan, sevgi dolu, bolluq, bərəkət içərisində xoşbəxt yaşanacaq. Bütün bunlar sizin doğuşdan haqqınızdır. 
Ümid” klinikasının əməkdaşı, NAT MASTER Qərənfil Ağalarova

26-10-2022, 19:38 1 054

Digər xəbərlər

İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdü-FOTO

Sağdan ötmə edib qəza şəraiti yaratdı - 50-ES-629 - VİDEO

Sumqayıtda gənc bıçaqlandı – atası şübhəli bilinir

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

Bakı-Sumqayıt yolunda tıxaclar havanı da çirkləndirir? – Mütəxəssislərdən AÇIQLAMA

Bişkekdə İlham Əliyev və Nikol Paşinyan görüşür

İlham Əliyev Qırğızıstana səfər edib

Müəllimlərin maaşına 35%-dək əlavə veriləcək – Təkrar sertifikasiya başlayır

Sumqayıt bu gün “Qarabağ”la qarşılaşacaq

Sumqayıt Regional Reklam İdarəsi Masazırdaki mebel sexini çaremələdi – 1500 manat

TƏCİLİ! Gecə yarısı müharibə yenidən BAŞLADI - DƏHŞƏTLİ HÜCUM

Novxanıda obyektin üzərində tikinti – Sənədlər yoxdur?

Ərdoğan Zəfər Bayramının 104-cü ildönümündə Anıtqəbiri ziyarət edib-FOTO

Sumqayıtda evdən elektrik naqilləri oğurlandı – şübhəli saxlanıldıh

30 Avqust – Zəfər Bayramı: Türk tarixinin dönüş nöqtəsi

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1105
Bu gün, 22:51
Bu gün, 20:47
Bu gün, 19:14
Bu gün, 16:52
Bu gün, 16:09
Bu gün, 13:17
Bu gün, 12:30
Bu gün, 12:06
Bu gün, 11:44
Bu gün, 11:35
Bu gün, 10:44
Dünən, 19:20
Dünən, 17:13
Dünən, 15:53
Dünən, 12:26
29-08-2026, 16:12
29-08-2026, 13:44
29-08-2026, 10:35
29-08-2026, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
1 2 3 4 5 6 7 8 9 10 ... 1105