“8 noyabr dünya azərbaycanlıları üçün ən yadda qalan və unudulmaz tarixi gündür”


"Ötən illər ərzində atılmış hər bir addım doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib",- politoloq Asif Əsgərli deyib
“8 Noyabr - Zəfər Günü dünya azərbaycanlıları üçün ən yadda qalan və unudulmaz tarixi gündür”. Bu sözləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.


Asif Əsgərli deyib ki, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib: “Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.Azərbaycan Vətən müharibəsində inamlı Qələbə əldə etdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı”.
Politoloq deyib ki, 44 günlük Vətən müharibəsi günlərində Qələbə naminə siyasi həmrəylik nümayiş olunub: “Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır (yalnız AXCP, Müsavat Partiyası və “Milli Şura” adlı təşkilat birgə tədbirlərdə iştirak etməmişdirlər). Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Siyasi partiyaların Azərbaycan hökumətinin yanında olduğunu bildirən belə bəyanatların verməsi ölkədə siyasi həmrəyliyin bariz nümunəsidir”.

8-11-2022, 19:01 218

Digər xəbərlər

İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdü-FOTO

Sağdan ötmə edib qəza şəraiti yaratdı - 50-ES-629 - VİDEO

Sumqayıtda gənc bıçaqlandı – atası şübhəli bilinir

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO

Bakı-Sumqayıt yolunda tıxaclar havanı da çirkləndirir? – Mütəxəssislərdən AÇIQLAMA

Bişkekdə İlham Əliyev və Nikol Paşinyan görüşür

İlham Əliyev Qırğızıstana səfər edib

Müəllimlərin maaşına 35%-dək əlavə veriləcək – Təkrar sertifikasiya başlayır

Sumqayıt bu gün “Qarabağ”la qarşılaşacaq

Sumqayıt Regional Reklam İdarəsi Masazırdaki mebel sexini çaremələdi – 1500 manat

TƏCİLİ! Gecə yarısı müharibə yenidən BAŞLADI - DƏHŞƏTLİ HÜCUM

Novxanıda obyektin üzərində tikinti – Sənədlər yoxdur?

Ərdoğan Zəfər Bayramının 104-cü ildönümündə Anıtqəbiri ziyarət edib-FOTO

Sumqayıtda evdən elektrik naqilləri oğurlandı – şübhəli saxlanıldıh

30 Avqust – Zəfər Bayramı: Türk tarixinin dönüş nöqtəsi

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1105
Bu gün, 22:51
Bu gün, 20:47
Bu gün, 19:14
Bu gün, 16:52
Bu gün, 16:09
Bu gün, 13:17
Bu gün, 12:30
Bu gün, 12:06
Bu gün, 11:44
Bu gün, 11:35
Bu gün, 10:44
Dünən, 19:20
Dünən, 17:13
Dünən, 15:53
Dünən, 12:26
29-08-2026, 16:12
29-08-2026, 13:44
29-08-2026, 10:35
29-08-2026, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
1 2 3 4 5 6 7 8 9 10 ... 1105