Azərbaycanın sabahı: Gənclik və dövlətçilik fəlsəfəsi

 

Azərbaycan tarixinin müasir mərhələsi gənclərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas sütunlarından birinə çevrildiyi dövrdür. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir təqvim bayramı deyil, bu tarix müstəqil dövlətimizin gələcəyinə olan inamın, gənc nəslə etimadın rəmzidir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə uğurla davam etdirilir və Azərbaycan gəncliyini regional və qlobal miqyasda rəqabətədavamlı bir qüvvəyə çevirir.
Heydər Əliyev üçün gənclər sadəcə yaş kateqoriyası deyildi – onlar Azərbaycanın genofondu, dövlət müstəqilliyinin qoruyucuları, sabahın qurucuları idi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadə bir çağırış yox, bütöv bir siyasi konsepsiyanın mahiyyətini ifadə edirdi. Məhz bu baxışın nəticəsi olaraq 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi, 1997-ci ildə isə 2 Fevral Azərbaycan Gəncləri Günü elan olundu. Bu qərarla Azərbaycan MDB məkanında gənclərə ayrıca bayram həsr edən ilk ölkə kimi tarixə düşdü və sonradan beynəlxalq miqyasda da bu təşəbbüsün əhəmiyyəti təsdiqləndi.
Ulu Öndərin gənclər siyasəti sistemli və çoxşaxəli idi. Gənclərin təhsilinə, sağlamlığına, vətənpərvərliyinə, intellektual və fiziki inkişafına eyni dərəcədə önəm verilirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, “Dövlət gənclər siyasəti haqqında” qanun və fərmanlar, “Qızıl kitab” təsisatı, gənclərin xaricdə təhsilinin dəstəklənməsi bu siyasətin real nəticələri idi. Heydər Əliyev gənclərlə birbaşa ünsiyyəti, onların problemlərini dinləməyi, uğurlarını dəyərləndirməyi xüsusi önəmli hesab edir, gənclərdə dövlətə bağlılıq və məsuliyyət hissini gücləndirirdi.
Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da genişlənərək müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas məqsəd təşəbbüskar, savadlı, milli dəyərlərə bağlı, eyni zamanda qlobal düşüncəli gəncliyin formalaşdırılmasıdır. “Gənclər ili”, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Yüksəliş” müsabiqəsi, Prezident Mükafatı kimi layihələr gənclərin potensialının üzə çıxarılmasına xidmət edir. Gənclər evləri, könüllülük hərəkatı, beynəlxalq proqramlar və forumlar gənclərin sosiallaşmasını, liderlik bacarıqlarını və vətəndaş fəallığını artırır.
Azərbaycan gəncliyi öz gücünü təkcə elm, mədəniyyət və idmanda deyil, Vətən müharibəsində də sübut etdi. Müstəqillik dövründə yetişmiş, vətənpərvərlik ruhunda tərbiyə almış gənclər torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdilər. Eyni zamanda informasiya müharibəsində də gənclər ön cəbhədə dayanaraq Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Bu fakt bir daha sübut etdi ki, illər əvvəl qoyulan gənclər siyasəti real tarixi nəticələr verir.
Bu gün Azərbaycan gəncləri azad, sabit və özünə güvənən ölkədə yaşayır. Onlar üçün geniş təhsil imkanları, innovativ mühit, beynəlxalq platformalara çıxış mövcuddur. Dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə etmək, bilik və bacarığını ölkənin inkişafına yönəltmək hər bir gəncin həm hüququ, həm də məsuliyyətidir. Çünki Ulu Öndərin də dediyi kimi, müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir.
2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu ideyanın bayramıdır: güclü dövlət, şüurlu gənclik və möhkəm gələcək. Bu gün bir daha təsdiqləyir ki, Azərbaycan gəncliyi dünənin mirasına sahib çıxan, bu günü inkişaf etdirən və sabahı inamla quran əsas qüvvədir.


Elnarə Akimova
Milli Məclisin deputatı,
YAP Siyasi Şurasının üzvü,
Filologiya elmləri doktoru


31-01-2026, 10:38 366

Digər xəbərlər

İcra Hakimiyyətindən Sumqayıt.tv-nin müraciətinə reaksiya: Bulvarda təmir işlərinə başlanılıb

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Sabah Sumqayıtda temperatur 35 dərəcəyə yüksələcək

"Sumqayıt"ın ilk sınaq oyununun tarixi dəyişdi

"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Tramp İlham Əliyevlə bağlı məqaləni öz hesabında paylaşdı-FOTO

Ülvi Mehdiyev: "ASAN müraciət" platforması artıq Sumqayıtda da aktiv istifadə olunur

Novxanı sahillərində qanunsuz balıq ovu iddiası: Sakinlər narahatdır

Sumqayıtlı həkim dünya birincisi oldu: 28 ölkənin mütəxəssisini geridə qoydu-FOTO

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

1 2 3 4 5 6 7 8 9 10 ... 1082
Dünən, 22:17
Dünən, 20:16
Dünən, 17:07
Dünən, 16:37
Dünən, 15:13
Dünən, 14:50
Dünən, 14:32
Dünən, 14:05
Dünən, 13:15
Dünən, 13:12
Dünən, 12:14
Dünən, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
15-07-2026, 13:24
15-07-2026, 13:07
15-07-2026, 12:32
15-07-2026, 12:00
15-07-2026, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1082