Azərbaycanda küncüt yığımına başlanılıb


Bu il Saatlı rayonunda 30 hektara yaxın ərazidə küncüt əkini aparılıb. Birinci və ikinci əkin kimi əkilən küncütün artıq yığımına başlanılıb. Fermer Şahmurad İmanova məxsus sahədə qəhvəyi küncüt əkilib. Nəticədə 1 hektar sahədən 12 sentner məhsuldarlıq əldə edilib. Ümumiyyətlə, dünyada 1 ha sahədən ən yüksək məhsuldarlıq 15-16 sentner hesab edilir. Fermerlər tərəfindən əsasən ağ və qəhvəyi küncüt toxumları əkilir, lakin ən məhsuldar və keyfiyyətli toxum qəhvəyi küncütdür. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir.
Sumqayit.tv xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti  bu sahənin inkişafına dəstək, həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün bir sıra addımlar atıb. Belə ki, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik sahəsinin inkişafı məqsədilə fermerlərə kompleks aqrotexniki xidmətlərlə bağlı təkliflər paketi hazırlayıb. Tədbirlər planında əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika, keyfiyyətli mineral gübrə və zərərvericilərə qarşı mübarizə üçün dərman təminatı ilə bağlı fermerlərə dəstək öz əksini tapıb.
Küncüt qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC  Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək bu sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqrotexniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.
Görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminatda dəstək,  iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçilik sahələrini inkişaf etdirməkdir.

16-09-2021, 15:17 281

Digər xəbərlər

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Sumqayıtda uşaq meydançaları ilə bağlı qaldırılan məsələ həllini tapdı

Sumqayıtda bədbəxt hadisə ölümə səbəb oldu

Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

Sumqayıtda 50 yaşlı kişinin meyiti mənzildə aşkarlanıb-

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1066