Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

 

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən Hacı Bəyverdi məscidinin sabiq axundu Taleh Sadıqov oğlunun şikayəti əsasında saxlanılıb.

Suqmayit.tv "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ali təhsilli Taleh Sadıqov barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi (dini yığıncaqların, yürüşlərin və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Məlum olub ki, Taleh Sadıqov barəsində tədbir oğlu Yavər Sadıqovun şikayəti əsasında görülüb. Y.Sadıqov məhkəmədə ifadə verərkən əvvəllər namaz qıldığını, lakin sonradan bunu dayandırdığı üçün atası ilə münasibətlərinin gərginləşdiyini bildirib.

O, Rusiyada işlədikdən sonra Hacı Zeynalabdin qəsəbəsindəki evlərinə qayıtdığını qeyd edib. Diqqətə çatdırıb ki, atası dostları ilə birlikdə həyətlərində təxminən 15 nəfərin iştirakı ilə dini söhbətlər və görüşlər təşkil edib. Bu vəziyyət onun narazılığına səbəb olub və nəticədə polisə müraciət edib.

Taleh Sadıqov isə oğlu ilə aralarında ailə-məişət zəmnində mübahisə yarandığını təsdiqləyib. Bu səbəbdən oğlu DİN-in "102" xidmətinə zəng edərək evdə dini tədbir keçirdiyini bildirib.

Təqsirləndirilən şəxs bildirib ki, dinşünaslıq ixtisası üzrə təhsil alıb və 3 may və 11 may tarixlərində evində ziyalı dostlarını qonaq edib, onların dini mövzularda suallarını cavablandırıb. Onun sözlərinə görə, bu söhbətlər dini ayin deyil, elmi-müzakirə xarakteri daşıyıb.

Məhkəmənin qərarı ilə Taleh Sadıqov İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib və 1 500 manat məbləğində cərimə edilib.

 


19-06-2026, 10:16 122

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102