
Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin tarix müəllimi Qalib Məmmədov vəfat edib.
Sumqayit.tv xəbər verir ki, uzun illər təhsil sahəsində çalışan Qalib Məmmədov yüzlərlə şagirdin yetişməsində, onların vətənpərvər ruhda formalaşmasında mühüm rol oynayıb. O, peşəkarlığı, zəngin biliyi və müəllimlik fəaliyyətinə olan məsuliyyətli yanaşması ilə həm həmkarlarının, həm də şagirdlərinin dərin hörmətini qazanıb.
Qalib Məmmədovun vəfatı təhsil ictimaiyyəti və onu tanıyanlar tərəfindən böyük üzüntü ilə qarşılanıb.
Mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
Bu gün, 09:11
7