Sumqayıt səhiyyə idarəsi ləğv edilir? - Açıqlama



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı, Sumqayıt və Gəncə səhiyyə idarələrinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Sumqayit.tv-in məlumatına görə, Agentlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Bakı Baş Səhiyyə İdarəsi hazırda fəaliyyət göstərir: “İdarənin strukturu yeniləndikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla, 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb.
Gəncə şəhər Səhiyyə İdarəsi hazırda Gəncə Birləşmiş Şəhər Xəstəxanası adı altında fəaliyyət göstərir.
Bakı Baş Səhiyyə İdarəsi, Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Şəhər Xəstəxanası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərirlər”.
Agentlikdən daxil olan açıqlamada qeyd edilib ki, bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir: “İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir”.

16-07-2021, 17:17 1 778

Digər xəbərlər

DÇ-2026: İngiltərə geridönüş edərək 1/8 finala yüksəldi

Sumqayıt sakininin bıçaqlanması ilə bağlı məhkəmədə şahid ifadəsi dinlənildi

Tehranın qlobal müharibə xofunun pərdəarxası: İran Avropadakı 5 min ABŞ uçuşuna niyə göz yumdu?

Dünya çempionatında bu gün hansı komandalar oynayacaq

Azərbaycanda keçiriləcək U-15 dünya çempionatının ilkin formatı açıqlanıb

İranda 850 məhbus Əli Xameneinin vida mərasimi günlərində əfv olunacaq

Sumqayıt Dövlət Universitetində “Məzun günü” keçirilib

Həkimdən xəbərdarlıq: Bu şəxslər günvurmaya daha çox məruz qalırlar

Mbappe: "Messini təqib etmək üçün daha çox işləməliyəm"

Onlayn kreditlərlə bağlı yeni qaydalar: Kiberdələduzluq riskləri azalacaq

“Sumqayıt” portuqaliyalı məşqçiyə əmanət

Fransada 2027-ci il prezident seçkilərinin tarixi açıqlandı

Sumqayıtda Azərpoçt şöbəsində elektrik kəsintisi xidməti dayandırdı – Generator niyə yoxdur?

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və əməkdaşları şərti cəza alaraq azadlığa buraxıldılar

"İdrak" liseyində müəllimə silahlı hücum: Şagirdin məhkəməsi başladı

Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatdırıldı

İyulun 2-nə olan hava proqnozu açıqlandı

"BakıKart"ın qiyməti artırıldı

Bu gündən işə qəbul zamanı SSN tələb olunmayacaq

Qərbi Zəngəzurda nadir quş tapıldı – Müalicəyə götürüldü

1 2 3 4 5 6 7 8 9 10 ... 1072
Dünən, 22:41
Dünən, 21:59
Dünən, 18:53
Dünən, 18:20
Dünən, 18:09
Dünən, 16:59
Dünən, 16:50
Dünən, 16:08
Dünən, 15:57
Dünən, 15:52
Dünən, 15:48
Dünən, 15:45
Dünən, 15:32
Dünən, 13:18
Dünən, 13:13
Dünən, 13:03
Dünən, 12:57
Dünən, 12:19
Dünən, 12:16
Dünən, 11:16
Dünən, 11:08
Dünən, 01:07
Dünən, 01:00
30-06-2026, 21:46
30-06-2026, 21:22
30-06-2026, 21:16
30-06-2026, 21:11
30-06-2026, 19:05
30-06-2026, 19:00
30-06-2026, 18:53
30-06-2026, 18:03
30-06-2026, 16:58
30-06-2026, 16:54
30-06-2026, 16:49
30-06-2026, 16:44
30-06-2026, 16:39
30-06-2026, 14:41
30-06-2026, 14:18
30-06-2026, 14:12
30-06-2026, 13:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1072