Sumqayıtda Azərpoçt şöbəsində elektrik kəsintisi xidməti dayandırdı – Generator niyə yoxdur?

 
Şəhərinin 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən Sumqayıt Poçt Filialının 5 saylı poçt şəbəkəsində iki gün əvvəl maraqlı vəziyyət yaşanıb.

Sumqayit.tv əməkdaşı təcili teleqram göndərmək məqsədilə sözügedən poçt şöbəsinə müraciət edib. Teleqramın mətni əməkdaş tərəfindən yazılıb və qəbul masasında əyləşən əməkdaşa təqdim olunub.

Lakin mətn kompüterə köçürülərkən şöbədə elektrik enerjisi kəsilib. Nəticədə teleqramın rəsmiləşdirilməsi prosesi yarımçıq qalıb.

Əməkdaşımızın müşahidəsinə görə, elektrik kəsintisindən sonra şöbədə fəaliyyətin davam etdirilməsi üçün alternativ enerji mənbəyi – generator və ya digər ehtiyat enerji sistemi mövcud olmayıb. Bu səbəbdən xidmətin bərpası yalnız elektrik enerjisinin verilməsindən sonra mümkün olub.

Yaranan vəziyyət bir sıra suallar doğurur. Vətəndaşlara fasiləsiz xidmət göstərməli olan dövlət qurumlarında elektrik enerjisi kəsildiyi hallarda xidmətin davam etdirilməsi üçün ehtiyat enerji sistemləri nəzərdə tutulubmu? Əgər nəzərdə tutulubsa, sözügedən şöbədə niyə istifadə olunmadı?

Sumqayit.tv məsələ ilə bağlı Azərpoçtun mövqeyini də öyrənməyə və cavabını dərc etməyə hazırdır.


1-07-2026, 15:32 96

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102