
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt TV xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən dəmir yolu keçidində qeydə alınıb. İlkin məlumata əsasən, qatar benzin daşıyan TIR-la toqquşub.
Qəza yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin qüvvələri və digər operativ xidmətlər cəlb olunub. Ərazi mühafizəyə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Xəsarət alanların olduğu bildirilir və qəzanın başvermə səbəbi barədə rəsmi məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması olduqda xəbər yenilənəcək.
Bu gün, 01:07
6