Onlayn kreditlərlə bağlı yeni qaydalar: Kiberdələduzluq riskləri azalacaq

Azərbaycanda məsafədən kreditləşmə qaydalarına edilən dəyişikliklər vətəndaşların maliyyə təhlükəsizliyinin gücləndirilməsinə və kiberdələduzluq risklərinin azaldılmasına xidmət edəcək.

Sumqayit.tv xəbər verir ki, bunu bank eksperti Emin Kərimov Ajans.az-a deyib.

Ekspertin sözlərinə görə, yeni mexanizm vətəndaşlara onlayn kredit götürülməsinə könüllü məhdudiyyət qoymaq, istədikləri vaxt bu funksiyanı aktivləşdirmək və ya deaktiv etmək imkanı verəcək. Bu isə şəxsin xəbəri olmadan onun adına kredit rəsmiləşdirilməsi riskini əhəmiyyətli dərəcədə azaldacaq.

Emin Kərimov bildirib ki, məsafədən verilən kreditlər üzrə tətbiq olunacaq 2 saat və 24 saatlıq gözləmə müddətləri də vətəndaşların tələsik qərar verməsinin qarşısını alacaq. Onun sözlərinə görə, kredit müraciəti barədə məlumat alan şəxs zərurət yarandıqda prosesi vaxtında dayandıra biləcək.

Ekspert hesab edir ki, yeni qaydalar həm banklar, həm də müştərilər üçün müsbət nəticələr verəcək. Kiberdələduzluq hallarının azalması bankların reputasiya riskini aşağı salacaq, müştərilər isə rəqəmsal kredit xidmətlərindən daha təhlükəsiz istifadə edə biləcəklər.

Bununla yanaşı, o qeyd edib ki, sistem istifadəyə verildikdən sonra yarana biləcək ehtiyaclara uyğun olaraq əlavə təhlükəsizlik mexanizmlərinin tətbiqi də mümkündür.

Emin Kərimov vətəndaşlara saxta keçidlərə daxil olmamağı, sosial şəbəkələrdə yayılan şübhəli kredit təkliflərinə inanmamağı, Azərbaycan Mərkəzi Bankının təhlükəsizlik tövsiyələri ilə tanış olmağı və şübhəli hallarla qarşılaşdıqda dərhal banka və aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.


1-07-2026, 15:52 55

Digər xəbərlər

Əkiz bacılar eyni ixtisasa qəbul oldular – SUMQAYITDA TƏHSİL ALACAQLAR

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 22:50
Dünən, 13:46
Dünən, 13:35
Dünən, 12:37
Dünən, 12:29
Dünən, 12:25
Dünən, 11:46
Dünən, 11:43
Dünən, 11:39
Dünən, 11:37
24-08-2026, 23:18
24-08-2026, 22:30
24-08-2026, 19:36
24-08-2026, 18:39
24-08-2026, 17:32
24-08-2026, 16:11
24-08-2026, 16:10
24-08-2026, 16:05
24-08-2026, 15:20
24-08-2026, 14:57
24-08-2026, 13:15
24-08-2026, 11:46
24-08-2026, 11:40
24-08-2026, 11:27
24-08-2026, 11:19
24-08-2026, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1102