
Ceyranbatan qəsəbəsində 1 nömrəli tam orta məktəbin yaxınlığında yaşayan keçmiş məcburi köçkün ailəsi uzun illərdir ağır şəraitdə həyat sürdüyünü bildirir.
Sumqayit.tv xəbər verir ki, ailənin sözlərinə görə, onlar 20 ildən artıqdır yararsız vəziyyətdə olan vaqonda məskunlaşıblar.
Ailə üzvü Gülizar Abdullayeva bildirib ki, yağışlı havalarda sel suları vaqonun içinə dolur, yayda dözülməz istilər, qışda isə kəskin soyuq şəraiti daha da ağırlaşdırır. Onun sözlərinə görə, ilan və qurbağaların çoxluğu da yaşayışı təhlükəli edir.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ailənin vəziyyəti nəzarətdədir. Qurumdan qeyd olunub ki, keçmiş məcburi köçkün ailələrinin daimi mənzillərlə təminatı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilir.
Hadisə ilə bağlı daha ətraflı məlumat Baku TV-nin hazırladığı süjetdə təqdim olunub.
Bu gün, 21:16
11