Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni cərimələr təsdiqləndi

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyən edilib.

Sumqayit.tv xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə olunaraq üçüncü oxunuşda qəbul edilib.

Qəbul edilən dəyişikliklərə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının məlumat təqdim etməməsi, dövlət orqanlarının sorğularını vaxtında cavablandırmaması, yetkinlik yaşına çatmayan istifadəçilərin təhlükəsizliyinin təmin edilməməsi, zərərli məzmunun qarşısının alınmaması və fərdi məlumatların qanunvericiliyə zidd istifadəsi hallarında vəzifəli və hüquqi şəxslər yüksək məbləğdə cərimələnəcək.

Yeni qaydalara əsasən, cərimələrin məbləği pozuntunun növündən asılı olaraq vəzifəli şəxslər üçün 6 min manatdan 10 min manatadək, hüquqi şəxslər üçün isə 15 min manatdan 50 min manatadək müəyyən edilib.

Qanunda nəzərdə tutulan pozuntuların bir il ərzində təkrar törədilməsi daha ağır maliyyə sanksiyaları ilə nəticələnəcək. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.


Bu gün, 14:12 10

Digər xəbərlər

Bu gün, 14:41
Bu gün, 14:18
Bu gün, 14:12
Bu gün, 13:25
Bu gün, 13:04
Bu gün, 12:29
Bu gün, 11:43
Bu gün, 11:36
Bu gün, 11:06
Bu gün, 10:33
Bu gün, 10:26
Bu gün, 10:24
Dünən, 20:46
Dünən, 18:34
Dünən, 18:27
Dünən, 17:16
Dünən, 15:49
Dünən, 15:37
Dünən, 15:34
Dünən, 14:46
Dünən, 14:30
Dünən, 14:25
Dünən, 14:16
Dünən, 13:19
Dünən, 13:10
Dünən, 12:29
Dünən, 11:52
Dünən, 11:43
Dünən, 11:38
Dünən, 11:26
Dünən, 09:30
Dünən, 07:59
28-06-2026, 21:20
28-06-2026, 16:36
28-06-2026, 16:12
28-06-2026, 15:08
28-06-2026, 15:00
28-06-2026, 11:11
28-06-2026, 10:14
28-06-2026, 09:50
1 2 3 4 5 6 7 8 9 10 ... 1070