
UEFA Türkiyənin Fenerbahçe S.K. klubunu 7 milyon avro məbləğində cərimələyib.
Sumqayit.tv xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, cəriməyə səbəb İstanbul təmsilçisinin UEFA-nın maliyyə qaydalarını pozması olub. Belə ki, klub 2025-ci təqvim ilində müəyyən edilmiş heyət xərcləri üzrə 70 faizlik limiti aşaraq bu göstəricini 84 faizə çatdırıb.
Bildirilib ki, "Fənərbağça" sözügedən qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
Bu gün, 01:00
5