Sumqayıt Dövlət Universitetində “Məzun günü” keçirilib

Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını təntənəli şəkildə yola salıb. İyunun 30-da universitetin əsas tədris binasının qarşısında keçirilən “Məzun günü” mərasimi ali təhsil həyatını başa vuran gənclər üçün əlamətdar hadisə olub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin komitə sədrləri Anar İsgəndərov və Fazil Mustafa, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, professor-müəllim heyəti, tərəfdaş qurumların nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.

Ənənəyə uyğun olaraq iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə və Vətən uğrunda canından keçmiş SDU məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən universitetin rektoru, professor Nurəli Yusifbəyli məzunları qazandıqları bilik və bacarıqları ölkənin inkişafına, elmə, innovasiyalara və cəmiyyətin tərəqqisinə töhfə vermək üçün istifadə etməyə çağırıb. O bildirib ki, SDU məzunları müasir əmək bazarının tələblərinə cavab verən peşəkar hazırlıq, yüksək mənəvi dəyərlər və vətəndaş məsuliyyəti ilə yeni həyat mərhələsinə qədəm qoyurlar.

Rektor vurğulayıb ki, universitetin əsas prioritetləri keyfiyyətli təhsil mühitinin formalaşdırılması, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və əmək bazarı ilə sıx inteqrasiyanın təmin edilməsidir.


1-07-2026, 16:50 56

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098