Sumqayıtda sakinlər SOS verir: "Zirzəmilər kanalizasiya suyu ilə dolub, iyə və siçovula görə yaşamaq mümkün deyil"-VİDEO

 
Sumqayıtın 45-ci məhəlləsində yerləşən 8/77 və 9/77 saylı binaların sakinləri uzun illərdir davam edən kanalizasiya problemi ilə bağlı aidiyyəti qurumlardan kömək istəyirlər.

Sumqayit.tv-yə müraciət edən sakinlərin sözlərinə görə, hər iki binanın zirzəmisi tamamilə kanalizasiya suları ilə dolub. Nəticədə ərazidə kəskin üfunət qoxusu yaranıb, siçovullar və ağcaqanadlar çoxalıb, antisanitar vəziyyət sakinlərin gündəlik həyatını çətinləşdirib.

Sakinlər bildirirlər ki, problem yeni deyil və illərdir davam edir. Onların sözlərinə görə, bir müddət əvvəl problemin aradan qaldırılması istiqamətində müəyyən işlər görülsə də, proses yarımçıq dayandırılıb.

"Biz dəfələrlə Su-Kanal İdarəsinə müraciət etmişik. Qonşuların hamısı bu problemdən əziyyət çəkir. Zirzəmilər kanalizasiya suyu ilə ağzınadək doludur. İydən danışmağa belə dəyməz. Siçovul, ağcaqanad əlindən vəziyyət dözülməz həddə çatıb. Mən özüm də ən azı 10-15 dəfə müraciət etmişəm. Deyilənə görə, hansısa ağac görüləcək işlərə mane olur deyə problem həllini tapmayıb", – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə, mövcud vəziyyət həm sağlamlıq üçün ciddi risk yaradır, həm də binalarda yaşayan insanların normal yaşayışına mənfi təsir göstərir.

Sakinlər aidiyyəti qurumlardan problemin qısa müddətdə həll olunmasını və zirzəmilərdə yığılan kanalizasiya sularının təmizlənməsini xahiş edirlər.

Qeyd edək ki, Sumqayit.tv məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırdır.


30-06-2026, 18:03 66

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098