Sovet təyyarəsini Çinə qaçıran azərbaycanlı pilot

1985-ci ildə azərbaycanlı pilot Şamil Əlimuradov sovet sərnişin təyyarəsini qaçıraraq Çinə endirib.

Musavat.com xəbər verir ki, Dr. Professor Zaur Əliyev araşdırmasında bildirir ki, 1985-ci il dekabrın 19-da Yakutsk Mülki Aviasiya Administrasiyasına məxsus, Yakutsk–Çita–İrkutsk marşrutu üzrə 101/435 saylı reysi yerinə yetirən AN-24 təyyarəsi Çitaya yaxınlaşarkən gözlənilməz hadisə baş verdi. Təyyarənin ikinci pilotu, 1952-ci il təvəllüdlü Şamil Hacı oğlu Əlimuradov ekipajı hədələyərək marşrutu dəyişməyə və Çinə uçmağa məcbur etdi.

Məlumata görə, Əlimuradov kabinəyə daxil olaraq qapını içəridən bağlayıb və evdə hazırlanmış bıçağı təyyarə kapitanının boğazına dirəyərək Çinə istiqamət götürməyi tələb edib. Kapitan xüsusi siqnal vasitəsilə dispetçerə təyyarənin qaçırıldığını çatdıra bilib. Təyyarəni hərbi aerodroma yönəltmək cəhdi isə uğursuz alınıb və Əlimuradov kursun dəyişdirilməsinə imkan verməyib.

Təyyarə həmin gün Çində yerli kolxoz torpağına eniş edib. Hadisə barədə yerli hakimiyyət orqanlarına məlumat verilib və axşam saatlarınadək Çin hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Rus dilini bilən əməkdaş komandirlə və Əlimuradovla danışdıqdan sonra pilot təslim olub və Çindən siyasi sığınacaq istəyib. Sərnişinlər isə şəhərə aparılaraq geyim, yemək və qalacaq yerlə təmin ediliblər.

Harbin şəhərində verdiyi izahatda Şamil Əlimuradov bildirib ki, 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Politexnik İnstitutuna daxil olsa da, maddi çətinliklər səbəbindən təhsilini yarımçıq qoyub. Daha sonra Bakı Fayans Zavodunda işləyib, 1970-ci ildə Sasovo Uçuş Məktəbinə daxil olub, 1972-ci ildə oranı bitirib. Sonrakı illərdə Kirovoqrad Ali Uçuş Məktəbində AN-24 üzrə yenidən hazırlıq keçib, 1980-ci ildə Leninqrad Mülki Aviasiya Akademiyasını başa vuraraq Yakutskda işləməyə başlayıb.

İzahatında o, SSRİ-də təzyiqlərlə üzləşdiyini, psixiatriya xəstəxanasına yerləşdirildiyini və buna görə də ölkəni tərk etmək qərarına gəldiyini yazıb. Əlimuradov "Düşmənin dostu, dostumdur" düşüncəsi ilə Çinə qaçmağa qərar verdiyini qeyd edib.

1986-cı il martın 4-də Harbində keçirilən məhkəmədə o, Çin qanunvericiliyinə əsasən səkkiz il azadlıqdan məhrum edilib. Məhkəmə prosesində SSRİ diplomatları da iştirak ediblər. Sonradan Çində müxtəlif qəsəbələrdə yaşayıb, universitetdə rus dili müəllimi işləyib və çinli qadınla ailə qurub.

Üç il sonra Əlimuradov SSRİ-yə təhvil verilib. 1990-cı il iyunun 21-də Yakutskda sovet qanunvericiliyinə əsasən daha beş il müddətinə azadlıqdan məhrum edilib.

Qaçırılan AN-24 təyyarəsi 1986-cı ilin yanvarında Sovet İttifaqına qaytarılıb. Təmirdən sonra yenidən istismara verilib və 2000-ci ildə Yakutsk hava limanında istismardan çıxarılıb.

Məlumata görə, hazırda Şamil Əlimuradov sahibkarlıqla məşğuldur, "Vahid Rusiya" partiyasının üzvüdür. O, ailəlidir. Həbsdən çıxdıqdan sonra, ilk həyat yoldaşı Çində avtomobil qəzasında vəfat etdiyi üçün qızını da yanına gətirib.


30-06-2026, 21:11 47

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098