Azərbaycan bu iki ölkə üçün viza tələbini ləğv etdi

Yaponiya və Koreya vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər

2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək Yaponiya və Koreya Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının Azərbaycana turizm məqsədilə səfərləri üçün viza tələbi ləğv edilib.

Sumqayit.tv xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, qərar vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə qəbul olunub.

Yeni qaydalara görə, Yaponiya və Koreya vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız daxil ola və hər səfər zamanı ölkədə 30 günədək qala bilərlər.

Turizm məqsədindən fərqli səbəblərlə Azərbaycana gəlmək və ya ölkədə daha uzun müddət qalmaq istəyən şəxslər isə qanunvericiliyə uyğun qaydada müvafiq viza almalıdırlar.

Dövlət Miqrasiya Xidməti xatırladıb ki, Azərbaycanda 15 gündən artıq müvəqqəti qalan əcnəbilər Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduqları ünvan üzrə qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan hallarda onlar müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" pəncərəsi və ya Dövlət Miqrasiya Xidmətinin elektron xidmətləri vasitəsilə müraciət edə bilərlər.


1-07-2026, 11:08 54

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102